Xəzali: Əgər İsrail Livana hücum etsə, biz Amerikanın maraqlarını hədəfə alacağıq

İraqın Əsaib əl-Həq lideri Qeys əl-Xəzali hədələyib ki, əgər İsrail Livana hücum etməyə cəhd edərsə, İraq müqavimət qrupları regionda və İraqda Amerikanın bütün maraqlarını hədəfə alacaq.

Rusiyanın rəsmi xəbər agentliyi RİA Novosti-nin məlumatına görə, Qeys əl-Xəzali deyib: "Sionist rejimin Qəzzada 9 aya yaxın davam edən müharibəsindən sonra biz ölüm və dağıntıların dayandırılması üçün heç bir real təzyiq görmürük. İraqın Qəzzada baş verənlərə münasibəti belədir ki, həm "hökumət səviyyəsində, həm də müqavimət qrupları və İraq xalqı səviyyəsində hakimiyyət səviyyəsində aydın bir mövqedir." deyə o, açıqlama verib.

"Qəsbi sionist rejimin Livan və Hizbullah döyüşçülərinə qarşı əməliyyatlarını genişləndirməyi planlaşdırdığına dair xəbərlər ortaya çıxıb. Əgər ABŞ bu qəsbkar rejimi dəstəkləməyə davam edərsə və Livan və Hizbullaha hücum edilərsə, İraq ABŞ-ın bölgədə bütün maraqlarını hədəfə alacağıq”.

İsrailin son günlər Livana hücum təhdidlərini artırdığı halda, ABŞ və beynəlxalq səlahiyyətlilər Livan və sionist rejimin sərhədlərində qarşıdurmaların yayılması ilə bağlı xəbərdarlıq edirlər.

Hizbullah düşmənə qarşı hücumlarını dayandırmağı Qəzzə müharibəsini dayandırmağı şərt qoyub.