İranda prezident seçkilərinə Məsud Pezeşkian liderlik edir

İranda növbədənkənar prezident seçkilərində indiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir.

Bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami bildirib.

19 069 713 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 8 302 577 səslə növbəti dəfə liderlik edir. Onun ardınca 7 189 756 səslə Səid Cəlili ikinci, Məhəmməd Baqer Qalibaf 2 676 512 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 158 314 səslə dördüncü sırada qərarlaşıb.

Nəticələrə əsasən, iyulun 5-i seçkilərin ikinci turu nəzərdə tutulur.

 

APA