Afrində türk əsgərlərə hücumun görüntüləri paylaşıldı

Suriyada türk əsgərlərinə qarşı hücumlar böyük əks-səda doğurub

Britaniya ictimai təşkilatı BBC bölgədən çəkilmiş video görüntüləri paylaşaraq bölgədəki hadisələri açıqlayıb.

Kayseri, Hatay, Qaziantep, Konya, Bursa və İstanbulda suriyalılara qarşı etiraz aksiyaları keçirilərkən Suriyanın şimal-qərbində türk əsgərlərinə və maşınlarına hücum edən suriyalıların görüntüləri də yayımlanıb. 

Türkiyə bazar ertəsi gecəsi bəzi kritik sərhəd qapılarını bağladığı halda, Britaniya xəbər agentliyi "Reuters" ən şiddətli toqquşmaların Afrin şəhərində baş verdiyini və silahlı suriyalıların hücumuna məruz qaldığını bildirib. BBC-nin yayımladığı görüntülərdə suriyalıların Türkiyənin hərbi maşınlarına ağır silahlarla hücum etdiyi, başqa bir görüntüdə isə bir kamyonetə zərər verdiyi görünür. 

Bəzi bölgələrdə silahlı qarşıdurma yaşanarkən BBC Türkiyədə hərbi bazaya hücum cəhdinin görüntülərini yayımlayıb.

 

Unikal