Qəzzada daha 5 nəfər aclıqdan ölüb

Qəzza zolağında son 24 saat ərzində daha 5 fələstinli aclıqdan ölüb, ölənlərin sayı 93-ü uşaq olmaqla 180-ə çatıb.

Qəzzada Səhiyyə Nazirliyi aclıqdan ölənlərin sayını açıqlayan yazılı açıqlama yayıb.

Açıqlamada son 24 saatda daha 5 fələstinlinin aclıqdan öldüyü, 93-ü uşaq olmaqla ölənlərin sayının 180-ə çatdığı qeyd edilib.

İsrailin hücumları və humanitar yardımı məhdudlaşdıran sıx mühasirə altında olan Qəzza zolağı geniş aclıq və su, dərman, tibbi ləvazimat və gigiyena ləvazimatlarının çatışmazlığı ilə humanitar fəlakət yaşayır.

Qəzza zolağında aclıqdan şəhid olanların, xüsusilə də uşaqların sayı artır.

Yerli və beynəlxalq dairələr bildirirlər ki, İsrail “aclıq və susuzluqdan silah kimi” istifadə edir.