"Fənərbağça" "Qalatasaray"a 2,5 milyon avro ödəyəcək

"Fənərbağça" "Benfika" forması geyinən türk millisinin futbolçusu Kerem Aktürkoğlunun transferini rəsmiləşdirməyə çox yaxınlaşdı.

Keremin əvvəlki klubu olan "Qalatasaray" bu transferdən 1.3 milyon avro qazanacaq. Bu məbləğ, daha əvvəl "Benfika" ilə imzalanan müqavilədə yer alan sonrakı satışdan pay maddəsinə əsasən ödənəcək.

Məlumata görə, "Qalatasaray"ın "Benfika" ilə bağladığı razılaşmada Keremin növbəti satışından 10% pay alma şərti mövcuddur. "Fənərbağça"nın "Benfika" ilə 25 milyon avroya anlaşdığı deyilir, bu da "Qalatasaray"ın 2.5 milyon avro qazanması anlamına gələ bilər.