İsrailin Qəzzaya hücumlarına qlobal reaksiyalar gəlməkdə davam edir. Avstraliya, Almaniya, Nigeriya və İndoneziyada keçirilən nümayişlərdə İsrailin hücumlarına və Qəzzada humanitar böhrana etiraz edilib.
Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, Fələstinə dəstək verən avstraliyalılar yağışlı havaya baxmayaraq Sidney Liman Körpüsünə toplaşıblar.
Etirazçılar İsrailin hücumlarını dayandırmasının vacibliyini vurğulayaraq, Avstraliya hökumətini Fələstin dövlətini tanımağa çağırıblar.
Etirazçılardan biri Qəzzada aclıqla mübarizə aparan uşaqların ona bir ata kimi çox təsir etdiyini bildirib.
Fələstində həmkarlarının öldürülməsini xatırladan tibb bacısı xəstəxanaların və tibb işçilərinin hədəfə alınmaması lazım olduğunu vurğulayıb.
Ştat polisi aksiyada təxminən 90 min insanın iştirak etdiyini bildirib.
Qəzzada baş verən humanitar böhrana Melburn və Adelaidada da etiraz edilib.
İndoneziya
İndoneziyanın paytaxtı Cakartada Fələstinə dəstək nümayişi keçirilib.
Əllərində pankartlar və Fələstin bayraqları tutan minlərlə insan İsrailin hücumlarına etiraz edərək, Rəfah sərhəd-keçid məntəqəsinin açılmasını və Qəzzaya zəruri ərzaqların daxil olmasını tələb edib.
Nigeriya
Nigeriyanın ən sıx şəhəri olan Laqosda fəaliyyət göstərən QHT-lər Qəzzada davam edən humanitar böhrana diqqət çəkmək üçün etiraz aksiyası keçirib.
Nümayişçilər əllərində "Qəzzəyə azadlıq", "Fələstin xalqı tək deyil" və "Soyqırıma son" yazılmış plakatlar qaldırıblar.
Nümayişdə çıxış edən Beynəlxalq Müsəlmanları Maarifləndirmə Dərnəyinin (MAI) direktoru Əbdül Vahid Atoyebi Qəzzadakı vəziyyəti “soyqırım və qəsdən aparılan aclıq kampaniyası” kimi qiymətləndirib.
Atoyebi beynəlxalq ictimaiyyəti, xüsusilə Afrika ölkələrini bu humanitar faciəyə qarşı tədbir görməyə çağırıb.
Qüds Fondunun direktoru Qasim Akinloye ABŞ-ın İsrailə hərbi və diplomatik dəstəyinin böhranı daha da dərinləşdirdiyini bildirib və Vaşinqton administrasiyasını “ədalətsiz və qərəzli” olmaqda ittiham edib.
Akinloye Qəzzada humanitar vəziyyətin siyasi deyil, mənəvi bir məsələyə çevrildiyini vurğulayaraq, dini liderləri və ictimaiyyəti daha çox çıxış etməyə çağırıb.
Almaniya
Yüzlərlə fələstinli tərəfdar İsrailin soyqırımına etiraz etmək və Qəzzadakı aclıq böhranına diqqət çəkmək üçün Berlinin ən işlək bölgələrindən biri olan Breitscheid meydanı yaxınlığındakı Kurfürstendamm prospektində toplaşıb.
İsrail əleyhinə şüarlar səsləndirən etirazçılar, İsrailin humanitar yardımların ölkəyə girişini əngəllədiyi Qəzzada aclıq böhranına diqqət çəkərək qaşıqlarla qazan və tavaları döyüblər.
Nümayiş bir müddət davam etdikdən sonra polis nümayişin bitdiyini elan edib və etirazçılara ərazini tərk etməyi əmr edib.
Etirazçılar daha sonra şüarlar səsləndirməyə davam ediblər və bir çoxları yerində qalıb.
Daha sonra polis etirazçıları sıxışdırıb, nümayişi dağıdıb və çoxlu sayda insanı saxlayıb.
Bu arada Berlinin Vittenberq meydanında Fələstinlə həmrəylik nümayişi keçirilib.
Orada nümayişçilər Qəzzada baş verən aclıq böhranına diqqət çəkmək üçün qazan və tavaları qaşıqlarla döyüblər.
Nümayişdə “Terrorçu İsrail”, “Uşaq qatili İsrail”, “Qəzzəyə azadlıq” şüarları ilə yanaşı, “Qəzzada soyqırımı dayandırın”, “Qəzzədə yeməkləri indi buraxın”, “Qəzzada aclığa son, çörəyi gətirin” yazılı lövhələr daşınıb.
Bu nümayiş zamanı azı dörd etirazçı saxlanılıb.
Dünyanın hər yerində Fələstinə dəstək nümayişləri keçirilib