Müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandıran Qarabağ Müharibə Qazisi Hacı Vəliyev bu gün sərt şəkildə cəzalandırılır. Günlərdir qanunsuz saxlanılaraq barəsində qaldırılan cinayət işinə etiraz edən müharibədə gözdən əlil olan vətən oğlu aclıq edərək baş verənlərə haqlı etiraz etsə də hakimiyyət “hər kəsə dərs olsun” prinsipini bu dəfə də işə salaraq onu həbsdə saxlamaqdadır.
Vəliyevin vəkili onun səhhətində ciddi problemlərin olduğunu, gözünün yetərli fəsadlara yol açdığına diqqət yönəltsə də hakimiyyət bunu hələ də görməzdən gəlir. Səbəb isə birdir, müharibə iştirakçılarının problemlərini işıqlandırıb hakimiyyətdən həllini tələb edən Hacı Vəliyev ciddi cəzalanmalıdır ki, kimsənin haqqını istəmək kimi fikirlər düşüncəsindən belə keçməsin.
Hal-hazırda məhkəmənin qərarına günlərdir etiraz edən Hacı Vəliyev aclıq aksiyası keçirir. Bununla da cəbhədə, torpaqların azad olunması uğrunda zədələnən sağlamlığı növbəti dəfə təhlükə altına alınır.
Biz Müsəlman Birliyi Hərəkatı olaraq bütün baş verənlərə bir daha hiddətimizi bildirir və hakimiyyətdən Qarabağ Qazisinin ədalətli məhkəmə tələbinə baxaraq qanunsuz həbsinə son verməyi tələb edirik.
Qarabağ Qazisi azad edilməlidir