İctimai fəalın vəkili Günay İsmayılovanın Toplum TV-yə verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi avqustun 4-də prokurorun vəsatəti əsasında belə qərar qəbul edib. Qərara əsasən, A.Abdulla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs-qətimkan tədbiri ilə əvəzlənib.
A.Abdullaya iyulun 11-də İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada 30 gün həbs cəzası verilib.
O, məhkəmədə bildirmişdi ki, Atatürk Prospektində avtobusdan düşəndə saxlanılıb və heç bir inzibati xəta törətməyib. Vəkil bildirib k, Anar Abdulla bu gün məhkəmədən birbaşa istintaq təcridxanasına göndərilib.
Anar Abdulla bu il aprelin 8-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb. O, qaçaqmalçılıq da daxil olmaqla 8 maliyyə cinayətində ittiham olunur.
İctimai fəal Anar Abdulla barəsində həbs-qətimkan tədbiri seçilib