Yəmənin Hudeydə limanı yeddi ildən sonra fəaliyyətə başlayıb

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, 2016-cı ildən bəri ilk dəfə çoxlu sayda ticarət gəmisi Yəmənin Hudeydə limanına daxil olub.

BMT Yəmənin mühasirəsinə son qoymağa çağırdığı bir vaxtda yük daşıyan çoxlu sayda ticarət gəmisi Hudeydə limanına yanaşıb. Hudeydə limanının rəsmiləri təsdiqləyiblər ki, bu liman yeddi ildən artıq müddətdən sonra normal fəaliyyətini bərpa edib. Hudeydə limanının səlahiyyətliləri bu gəmilərin xammal, polad, taxta və avtomobil daşıdığını açıqladı.

Əvvəllər Səudiyyə koalisiyası yalnız yanacaq və ərzaq daşıyan gəmilərin Hudeydə limanına daxil olmasına icazə verirdi.