Vücudunu qorxu bürümüş Şeyxülislam

Şeyxin Aşura günü media önünə çəkilməsi, onun çıxılmaz vəziyyətinə elə ilk sətrdən düşməsini göstərirdi. Jurnalistin sualına cavab verməkdən yayınan Paşazədə üzərində ciddi hücum bir müddət öncə söylədiyi ifadənin təkrarına səbəb oldu. Öncədən qeyd olunmalıdır ki, Şeyx zamanında İranla bağlı dediyi fikirlərə-əlbəttə müsbət düşüncələrə-görə həmişə narahatdır. O “xüsusi büdcənin” doldurulmasına yönəlik “çırpılma” planından xəbərdar adam kimi bu gün üçün qüsurlu görünən, o dövrün fikirləri üçün kampesasiya ödəmək təhlükəsi altında olduğunu çox yaxşı bilir. Axı gözü önündə neçə-neçə silkələnərək var yoxu alınmış məmurların acı nəticəsini unutmuş deyil. Buna görə də Şeyx, hətta suyun belə üfürülməsi metoduna riayət edib birbaşa medianın hədəfindən hər vəchlə yayınır. Yalnız DTX göstərişi ilə Mirşahinlərin qənşərində oturmaq kimi hal istisna olmaqla.
Bu gün Aşura mərasimində meda mənsubları ilə qarşılaşmaq, vicuduna qorxu hakim olan “zat aliləri”ni çətin duruma saldı. İnanclıların həbs olunması ilə bağlı fikirlərə ilk olaraq cavab vermək ismədən ortaqan qaçmağa çalışan Şeyxin bu sırada çoxsaylı jurnalist ordusuna tuş gəlməsi onun mövcud addımına səbəb oldu. Stat: “Heç bir şiəyə Azərbaycanda repressiya yoxdur, bunların hamısı şayiədir”
Əslində növbəti sualın ünvanında Şeyxin qoruma kəməri onu suallardan yayındırması da bunu göstərirdi ki, Şeyx ona ünvanlı ikinci sualı eşitsə də cavbı Şeyxə baha başa gələ bilərdi deyə bu məsələdə uzaqlaşmaq siyasəti daha əlverişli olardı.
Şeyxin öz vəzifəsində qalaraq bütün yığdıqlarını “xüsusi büdcə”yə təhvil vermə qorxusu artıq uzun zamandır ki, onun həyatının kabusudur. Hər zəng, hər qapı döyülməsi Şeyxin ağrı və acısıdır. Belə bir durumda olması elə müsahibə verdiyi videoda da aydın görünür. İndi siz deyirsiz ki, Şeyx başqa nəsə demək qədər cürət nümayiş etdirə bilərdi?!
P.S. Azərbaycanda son 6 ayda mindən artıq inanclı həbs olunub. Onların yeganə günahı şiə olmalarıdır.