“Ümid edirəm ki, Zurabişvili Ukraynanın istəyilə Saakaşvilini əfv etməyəcək”

Ümid edilir ki, Gürcüstan prezidenti Salome Zurabişvili hazırda həbsdə olan eks-prezident Mixail Saakaşvilinin əfvi məsələsində ölkənin maraqları əsasında hərəkət edəcək, kiminsə buyruğu əsasında yox.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Ukrayna Ali radasının təşəbbüsünü şərh edərkən bəyan edib.

Xatırladaq ki, Ukrayna parlamenti 14 iyulda Zurabişvili, həmçinin Aİ ölkələrinin parlamentlərinə müraciət layihəsini qəbul edib. Həmin sənəddə humanitar səbəblərlə Saakaşvilinin əfvinin “zəruriliyi” bildirilir.

Həmçinin xatırladaq ki, Avropa Komissiyasının Gürcüstanla bağlı aralıq hesabatını dərc etməsindən sonra iyun ayının sonunda Zurabişvili “Mtavari” telekenalının rəhbəri Nika Qvaramiyanı əfv edib.

Ümid edirəm ki, heç olmasa, bu halda (Zurabişvili) ölkə maraqları əsasında olan bir qərar qəbul edəcək və kiminsə maraqlarının diktəsi altında hərəkət etməyəcək, ölkə maraqlarının diktəsi ilə hərəkət edəcək. Baxıb görərik, onun mövqeyi nə cür olacaq“, – deyə Kobaxidze qeyd edib.

“Gürcü Arzusu” lideri hesab edir ki, ictimaiyyət Ukrayna rəhbərliyinin hansı məqsədlə Gürcüstan prezidentinə müraciət etmək qərarına gəldiyini görməlidir və burada koordinasiya görünür ki, onun da yeganə məqsədi yekunda ölkədə ikinci cəbhənin açılmasına gətirib çıxaracaq iğtişaşlardır.

Əgər diqqətlə baxsaq, hər yerdə bu koordinasiya ilə eyni şəxslərin məşğul olduğunu görə bilərik, həmin şəxslər Gürcüstanda ikinci cəbhəni(n açılmasını) arzulayırlar. O cümlədən də, bizi ikinci cəhbəni açmağa birbaşa səsləyən konkret insanları (görmək olar)“, – deyə Kobaxidze əlavə edib.