Türkiyədə prezident və parlament seçkiləri üçün geri sayım başladı

Türkiyə mayın 14-ü bazar günü 3-cü prezident və 28-ci dönəm parlament seçkiləri üçün sandıq başına gedəcək.

Rəcəb Tayyib Ərdoğan Xalq Alyansı, Kamal Kılıçdaroğlu Millət Alyansı, Sinan Oğan Ata Alyansı və Məhərrəm İncə Vətən Partiyasının namizədi olaraq prezidentliyə namizəd olacaq. Eyni şəkildə Türkiyə parlamentindəki yerlər uğrunda 24 siyasi partiya və 151 müstəqil namizəd mübarizə aparacaq.

Türkiyə daxilində 973 rayon və 1094 seçki dairəsində 191 min 884 seçki qutusu qurulacaq. Ölkə daxilində və xaricdə ümumilikdə 64 milyon 113 min 941 nəfər səs verəcək. Bu seçkidə 4 milyon 904 min 672 gənc ölkədə ilk dəfə səs verəcək.

Səsvermə mayın 14-ü bazar günü saat 08:00-da başlayacaq və Türkiyə daxilində saat 17:00-da başa çatacaq. Seçkilərin nəticələri ilə bağlı məlumatlar seçki qadağası aradan qaldırıldıqdan sonra həmin gün saat 21:00-da açıqlanacaq.