Təl-Əvivdə Netanyahu hökumətinə qarşı yüzlərlə insan küçələrə çıxıb

İsraildə yüzlərlə insan HƏMAS ilə məhbus mübadiləsi müqaviləsinin tamamlanmasını və Qəzzada saxlanılan israilli məhbusların geri qaytarılmasını tələb etmək üçün nümayiş keçirib.

HƏMAS, İsrailin razılaşmanın şərtlərinə əməl etmədiyi üçün fevralın 15-nə planlaşdırılan 6-cı məhbus mübadiləsini dayandırdığını elan etdikdən sonra bir çox israilli baş nazir Benyamin Netanyahu hökumətindən razılaşmanı tamamlamağı tələb etmək üçün küçələrə çıxıb.

Walla xəbər saytının məlumatına görə, atəş və məşəl yandıran etirazçılar İsrail Müdafiə Nazirliyinin qarşısındakı yolu bağlayaraq, ərazidə nəqliyyatın hərəkətində axsamalara səbəb olub.

Qəzzada israilli məhbusların geri qaytarılmasını tələb edən etirazçılar əllərində “Onların hamısını geri qaytarın” yazılmış lövhələr və “İsrail hökuməti razılaşmanı pozdu”, “Netanyahu müqaviləni pozdu” kimi şüarlar səsləndiriblər.

Kanal 12-nin məlumatına görə, oğlu Qəzzada saxlanılan israilli İlın, "Gözümüzün önündə ən pis qorxuların gerçəkləşdiyinin şahidi oluruq. İndiyə qədər razılaşmanın ikinci fazası ilə bağlı əmin deyildik, indi də birinci mərhələdən də əmin deyilik" deyib.

Oğlunun geri qaytarılmasını istəyən İlın, "Bəlkə İsrail yenidən döyüşə qayıdacaq və əsirlər İsrail ordusunun bombardmanı nəticəsində öldürüləcək və ya oradakı şəraitə görə öləcək" söyləyib.

Qəzzada saxlanılan israilli məhbus Metanın anası Einav Zinqauker də Netanyahudan kabineti toplamağı, danışıqlar qrupuna tam səlahiyyət verməyi, məhbus mübadiləsi müqaviləsini qısaltmağı və bütün məhbusları bir anda geri qaytarmağı xahiş edib.