Şəntop: Avropadakı islamafobiya “səlibçi zehniyyətinin” əksidir

 Avropa ölkələrində müşahidə olunan islamofobiya təzahürləri “səlibçi zehniyyəti” adlandırılan düşüncənin əksidir. 

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Əlcəzair Senatının sədri Saleh Kodjil ilə görüşündə bildirib. 

"Bu, Avropa ölkələrinin hüquq və islamofobiya baxımından mentalitetinin əsrlər boyu dəyişmədiyini göstərir. Onların səlib yürüşlərini həyata keçirdikləri eyni zehniyyət bu gün də göz qabağındadır", deyə TBMM-in sədri qeyd edib. 

O, Avropada müsəlmanlara qarşı ayrı-seçkilikdən danışaraq, İsveç hakimiyyətinin İsrail səfirliyi qarşısında Tövrat kitabının yandırılmasını qadağan etdiyini xatırladıb. 

Şentop vurğulayıb ki, müsəlman ölkələri islamafobiyaya qarşı birgə hərəkət etməli və öz dəyərlərini qorumalıdır.