“Qarabağ” və “Qalatasaray” komandaları arasında bu gün xeyriyyə matçı keçiriləcək

Bu gün Bakıda Ağdamın “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında xeyriyyə matçı keçiriləcək.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlaması nəzərdə tutulub.

Oyunu FIFA referisi Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR hakimləri isə Cavid Cəlilov və Müslüm Əliyev olacaqlar.

Görüşdən əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.