Pezeşkiyan: Müqavimətə dəstək güclü şəkildə davam edəcək

Yeni seçilmiş Prezident Livan Hizbullah Hərəkatının Baş katibinə ünvanladığı məktubda müqavimətə güclü dəstəyin davam edəcəyini vurğulayaraq, bildirib: “Müqavimət hərəkatları qeyri-qanuni sionist rejimin cinayətkar siyasətlərinin davam etməsinə imkan verməyəcək.”

 Yeni seçilmiş Prezident Məsud Pezeşkiyan Livan Hizbullahının Baş katibinə ünvanladığı məktubda yazıb: “Salam və təşəkkürlə, İran İslam Respublikasının Prezidenti seçildikdən sonra Zati-alilərinin dəyərli və sevgi dolu məktubunu aldım.”

Məktubun davamında qeyd olunur: “İran İslam Respublikası region xalqlarının qondarma sionist rejimə qarşı müqavimətini həmişə dəstəkləyib. Müqavimətə dəstək İran İslam Respublikasının fundamental siyasətləri, mərhum İmamın (r) idealları və Ali Məqamlı Rəhbərin (Allah onun ömrünü uzun etsin) göstərişlərinə əsaslanır və güclü şəkildə davam edəcək.”

Yeni seçilmiş Prezident vurğulayıb: “Əminəm ki, bölgədəki müqavimət hərəkatları bu rejimin məzlum Fələstin xalqına və regionun digər xalqlarına qarşı müharibəni qızışdıran və cinayətkar siyasətini davam etdirməsinə imkan verməyəcək.”

Pezeşkiyanın məktubunun davamında bildirilir: “Mənim üçün səmimi dualarınız üçün təşəkkür edirəm. Uca Allahdan sizin üçün daha çox izzət və başıucalıq, Livan xalqına firavanlıq və tərəqqi, müqavimətin mücahid qəhrəmanlarına isə ilahi qələbə diləyirəm.”

 

 

Az.rasthaber.com