Nazirlik iki restoranı bağladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Gəncə və Abşeron yarımadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektlərindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb.

Oxu.Az-ın xəbərinə görə, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, iki restoran bağlanıb:

“Nazirlik tərəfindən restoranlara verilən vaxtdan bu günə qədər 223 iaşə obyektdə müasir standartlara cavab verən qurğu quraşdırılıb. “Öz Kardeşlər” və “Qızıl balıq” adlı iaşə obyektləri məhkəmənin qərarı ilə bağlanıb”.

İradə İbrahimova qeyd edib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində işlər görülür.