Dustaqların vaqondan qaçmasına görə həbs edilən və hazırda cinayət işlərinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan Ədliyyə Nazirliyinin vəzifəli şəxslərinin istintaq ifadələri məlum olub.
“Qoca” ləqəbli avtoritet Etibar Məmmədov (saxlanılması üçün əməliyyat keçirilərkən müqavimət göstərdiyi üçün öldürülüb) və Əli Ağaminin həbsdə olan şəxslərin etap olunduğu vaqondan qaçmasına görə Penitensiar Xidmətin Tabor komandiri polkovnik Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov və digər şəxslər saxlanılıb. Bu işə görə müğənni Fədayə Laçın da təqsirləndirilir. O da dustaqlara qaçmaqda kömək etməkdə ittiham edilir.
Publika.az-ın əldə etdiyi məlumata görə, qarovul rəisi Ceyhun Səmədov istintaqa ifadəsində dustaqların qaçdığı gün haqda danışıb:
“Həmin gün vaqonda 67 nəfər dustaq var idi. Etibar Məmmədov, Əli Ağami, Məhəmməd Heydərov, Əfsər İbrahimov, Tahir Kərimov eyni cinayət əməlində təqsirləndirilirdi. Bu səbəbdən də rəhbərlik tərəfindən verilmiş xüsusi tapşırığa əsasən onların hər biri ayrı-ayrı kameralarda saxlanılırdı. Çünki adıçəkilən şəxslər hər dəfə etap olunanda aralarında mübahisələr olurdu. Mübahisənin əsas mahiyyəti bu idi ki, digər şəxslər günahı Etibar Məmmədovda görürdü. Onlar Etibardan günahını boynuna almasını və bununla da cəzalarının yüngülləşməsini istəyirdilər. Biz həmin gün geri qayıdanda Tahir Məlikov və Əfsər İbrahimov Astarada polis şöbəsində saxlanıldı. Etibar Məmmədov da polisə təhvil verilməli idi. Lakin onu qəbul etmədilər. Rəhbərliklə razılaşdıqlarını söylədilər. Mən də bunu tabor komandirim Bəhruz Abdullayevlə dəqiqləşdirdim və onun göstərişinə əsasən Etibar Məmmədovu götürüb geri qayıtdım”.
C.Səmədov bildirib ki, həmin gün geri qayıtmaq üçün qatara minəndə də məhkumlar arasında mübahisə yaranıb:
“Məhəmməd Heydərov qatara minəndə Etibarın orada olduğunu bildi. Digər məhkumlara müraciət edərək qışqırdı ki, qardaşlar, mən Etibar Məmmədovun dustağıyam. Məhəmməd Əli Ağamiyə də deyirdi ki, bu işə görə, həbs edilmələrinə görə Etibarı ittiham etsin. Bəzi dustaqlar Məhəmmədin fikri ilə razılaşdılar. Bəzi dustaqlar isə qayda-qanuna əməl edilməsini istədilər. Onlar arasında mübahisə böyüməyə başladı. Mən Etibarı kameradan çıxarıb öz otağıma gətirdim. Bunu Etibar özü də istədi. Çünki Etibar deyirdi ki, həmin kamerada onun həyatı üçün təhlükə var və düşmənləri ona nəsə edə bilər. Mən sadəcə Etibarı sakitləşdirmək, onunla söhbət etmək üçün kameradan çıxardım. Sonra Məhəmməd Heydərova yaxınlaşıb onu stansiyaya çatanda xüsusi təyinatlıların aparacağı ilə hədələdim ki, qorxsun. Məhəmməd deyirdi ki, Etibar günahını etiraf etsə, hamı rahat evinə gedəcək. Sonra Etibarı yenidən kamerasına qaytardım. Mübahisə davam elədi. Etibar dedi ki, əgər onu kameradan çıxarmasam, özünü doğrayacaq, dustaqları qaldıracaq. Mən bələdçi İsmayıl Hüseynovdan xahiş elədim ki, otağını boşaldıb ona təhvil versin. Etibarı həmin otağa yerləşdirdim. Etibarı həmin otağa qandalsız apardım. Sonra mübahisə səngisin deyə Əli Ağamini də həmin otağa gətirdim. Otağın qapısı açıq idi. Oraya kiçik gizir Elvin Namazovu, kiçik gizir Tehran Musayevi və baş çavuş Tural Platxanovu növbətçi kimi qoydum. Səhər saat 05:10 radələrində Tural Polatxanov mənə yaxınlaşıb dedi ki, iki dustaq qaçıb. Mən həmin otağa gələndə gördüm ki, otağın dəmir barmaqlıqları çarpayının üstündədir. Dustaqları saydım, Əli Ağami və Etibardan başqa hər kəs yerində idi. Qatarın hər yerinə baxdıq. Bundan sonra Bəhruz Abdullayevə məlumat verdim”.
Ceyhun Səmədov dustaqları bələdçi otağına aparmaqla təlimat qaydalarını pozduğunu etiraf edib. Həmçinin dustaqların mübahisəsi ilə bağlı rəhbərliyə məlumat vermədiyini də qeyd edib. C.Səmədov dustaqların qaçmasını rəhbərliyə gec deməsinin səbəbi belə izah edib:
“Mən yatmışdım. Dustaqlar Biləcəridə qaçsa da, baş çavuş bunu mənə “28 may” stansiyasında dedi. Dustaqların hansı şəraitdə və necə qaçmasından xəbərsizəm və heç vaxt onlardan maddi nemət kimi nəsə almamışam. Qaçan hər iki şəxsin üzərinə tam olaraq baxış keçirməmişdim.
C.Səmədov dindirilən zaman etiraf edib ki, Lənkəran Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerinin sabiq rəisi Əlişir Fərəcovla əvvəlcədən danışıq olub. Həmin telefon danışığında Əlişir Fərəcov Etibar Məmmədovun etap edilməməsini istəyib. Səbəb olaraq isə rəis onu göstərib ki, Etibarın işinə Bakıda baxılacaq. Lakin C.Səmədov deyib ki, Etibar Məmmədovun Lənkərana etap edilməsi onun səlahiyyətində deyil və o, sadəcə əmri icra edir.
"Qoca”yla Əli Ağami qatardan necə qaçıb? - Qarovul rəisinin ifadəsi

Oxşar xəbərlər