''Elçibəyin xeyirli əməllərinə sayğısızlıqdır''
Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sabiq prezident Əbülfəz Elçibəyin 80 illiyini qeyd etmək üçün Səttar Bəhlulzadə adına mədəniyyət sarayına müraciətinə iyunun 19-da rədd cavabı verilib.
Bu barədə Milli Şura sədri Cəmil Həsənli Meydan TV-yə məlumat verib.
Cəmil Həsənli bildirib ki, Milli Şura və AXCP Əbülfəz Elçibəyin yubileyinin keçirilməsi ilə müəyyən tədbirlər planı hazırlayıblar.
"Səttar Bəhlulzadə adına mədəniyyət sarayının bir neçə saatlığa Milli Şura və AXCP-yə kirayə müqaviləsi əsasında ayrılması üçün müraciət etmişdik. Cavabı 3 həftə gecikdirdilər. Nəhayət, dünən partiya məclisinin sədri Nurəddin Məmmədlinin ünvanına cavab məktubunu göndərdilər".
C.Həsənli deyib ki, əvvəllər belə olmamışdı, poçtla cavab göndərmirdilər.
"Açıq demək istəmirdilər, təkiddən sonra dedilər ki, poçtla göndəriblər. Əslində, utandıqlarından bu cür addım atdılar. Milli Şura və AXCP normal qaydada tədbir keçirmək istəyirdi, bunun üçün mqavilə bağlamaq niyyətindəydik. Lakin hakimiyyət orqanları dünən mədəniyyət sarayını yubiley tədbiri üçün verilməsindən imtina etdi”.
Cəmil Həsənli şübhə etmir ki, bu ilk növbədə Əbülfəz Elçibəyin şərəfli adına və yaddaşa hopmuş xeyirli əməllərinə sayğısızlıqdır:
“Elçibəy Azərbaycan milli hərəkatının bəlli bir mərhələsində tarixin canlı yaradıcısı rolunda çıxış edib və müstəqilliyin qazanılması kimi tarixi hadisəyə öndərlik edib. Hakimiyyətin Bəyə sayğısızlığı, siyasi qısqanclığı, onun 80 illik yubileyinin keçirilməsinə süni maneələr törətməsi əxlaqdan uzaq məsələdir”.
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy 1938-ci il 24 iyunda Naxçıvan Muxtar Respublikasının Kələki kəndində anadan olub.
1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin ərəb filoligiyasını bitirdikdən sonra təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib.
1963-1964-cü illərdə tərcüməçi kimi çalışıb. Aspitantura təhsilinui başa vurandan sonra 1968-ci ildə "Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiəedərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 1968-1975-ci illərdə ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib. 1974-cü ildə Azərbaycan SSR Cinayət Məcəlləsinin 67-ci və 188.1-ci maddələri əsasında 3 il azadlıqdan məhrum edildi.
1988-ci ildə Azərbaycanda Xalq Hərəkatı başlayanda Əbülfəz Elçibəy hərakatın sədri seçildi. 8 iyun 1992-ci ildə Əbülfəz Elçibəy Azərbaycanın prezidenti seçildi. Onun bir illik prezidentliyi dövründə təhsildə test sistemi tətbiq edildi, Rusiya ordusu Azərbaycandan çıxarıldı, milli valyuta tədavülə buraxıldı. 1993-cü ilin 4 iyun qiyamı nəticəsində devrilən Elçibəy dogma kəndi Kələkiyə getdi. 1997-ci ilin oktyabrında Bakıya qayıtdı və Bütöv Azərbaycan Birliyini təsis etdi.
Ə.Elçibəy 2000-ci ildə Türkiyənin paytaxtı Ankarada vəfat edib.
Cəmil Həsənli: Elçibəyin yubileyinin keçirilməsi üçün yer vermədilər

Oxşar xəbərlər