Aclıq edən məhbuslar "kars"a salınıb

Bu barədə məhbuslardan birinin ailəsi məlumat verib. Onun sözlərinə görə, Umbakı Pentensiar Kompleksinin qapalı tipli həbsxanasında saxlanılan və aclıq aksiyası keçirən 4 məhbus cəza kamerasına salınıb.

Qeyd edək ki, Umbakı Penitensiar Kompleksindəki qapalı tipli həbsxanada saxlanılan məhbuslar Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev 11 iyul, Elvin Zeynalov isə 13 iyuldan aclıq aksiyasına başlayıb. Onlar şərlənərək həbs edilən jurnalist xanımlara və 6 inanclı xanıma qarşı edilən haqsızlığa, onların həbsinə etiraz olaraq aksiyaya start veriblər.