Doqquz aydır istintaq altında saxlanılan altı inanclı xanımın vəziyyəti müəmmalı olaraq qalır. Qatı cinayətkarların belə istintaq müddətində müəyyən nəticələr əldə etdiyi bu zaman çərçivəsində, əslində heç bir ciddi qanun pozuntusuna yol verməyən xanımlar barədə hələ də qaranlıq bir boşluq yaradılıb.
Ötən ilin Ərbəin günü (İmam Hüseynin (ə) 40-ı mərasimi günü) ehsan paylayan 4 xanımın saxlanılmasının ardınca, bu siyahıda fəallıq göstərən başqa iki xanımın isə, bu işlə heç bir əlaqəsi olmadan saxlanılaraq istintaqa cəlb edilməsi ölkədəki dini duruma basqının davamı kimi dəyərləndirildi. Məsələnin bu cür ciddi şəkildə qoyulması, digər iki xanımın isə bu proseslə əlaqəsi olmadan saxlanılması, həmin prosesdə əvvəlcədən hazırlığın olduğunu göstərən amil kimi çıxış etdi.
Xanımlardan birinin azyaşlı uşaqlarının olması, digərinin isə onkoloji xəstə olması kimi faktlar, ehsan paylamaq üçün başlanılan işin mahiyyətini və əhəmiyyətini daha da artırmalı olduğu halda, tərəflərin bunu nəzərə almaması bir daha bu sifarişin məhz anti-islam, daha doğrusu anti-şiə ruhunda hazırlanmış bir oyun olduğunu ortaya qoyur.
Artıq doqquz aydır ki, xanımlar təcridxanadadır. İttiham aktlarında onların dini mərasim keçirməklə suçlandığı bildirilir, halbuki qanunla icazə verilməyən bir yerdə belə bir tədbirin keçirilməsi iddiası istintaq müddətini dəfələrlə uzadaraq zamanı süründürür. Sanki hər dəfə işə yeni sübut və dəlillər əlavə edilərək şahidlər məsələnin məhkəməyə çıxmasına maneə törədir.
Əslində, işin məhkəməyə getməsinin qarşısını alan səbəb bəllidir: xanımların günahsızlığı. Bu məsələdə günah yalnız ölkədə dini qorxu mühitinə salıb onu sıxışdırmağa hesablanan şiəliyə təzyiqdən başqa bir şey deyil.
Son günlər bir neçə məktəbdə hicabı bəhanə gətirib qız uşaqlarını məktəbə buraxmayanlar da eyni ssenarinin oyunçularıdır. Bir neçə il əvvəl “uşaqlarının başını bağlayıb onları təhsildən yayındıranlar” deyən tərəf, bu gün “uşaqların başları bağlıdırsa təhsil ala bilməzlər” söyləyir. Şiə məscidinə yaş həddi qoyan hakimiyyət vəhhabilərin uşaqlarının belə iştirak etdikləri cümə namazları üçün küçələrdə asayişi qoruyaraq onları küçə boyunca qoruduğu müşahidə olunur.
Oruc tutan insanların bayram namazı qılmaqla sələfi əqidəsi üzərindən bayram keçirməyə məcbur edildiyi, ertəsi gün isə şiə məscidinin qapıları önündə polis postları qurularaq məhdudiyyətlər tətbiq edildiyini də müşahidə etdik. Həbsxanalara məhkum edilən şiə ruhanilərinin və şiə inanclılarının yüzlərlə nəfərdən ibarət sayının isə bu məsələnin böyük siyasi nifrət nümunəsi olaraq qiymətləndirilir.
Beləcə, 9 aydır günahsız 6 şiə inanclı xanım hələ də istintaq altında saxlanılır.
Günahı inancı olan xanımlar artıq doqquz aydır ki, istintaq altında saxlanılır