İran İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri Hörmüz boğazındakı son vəziyyətlə bağlı yeni bir mesaj yayıb.
SEPAH Komandanlığı X sosial media platformasında Hörmüz boğazındakı son vəziyyətlə bağlı vacib bir mesaj paylaşıb. Mesajda deyilir: "Fars körfəzi və Oman körfəzindəki kapitanlara və gəmi sahiblərinə İranın Hörmüz boğazı ilə bağlı qaydalarına riayət etdiklərinə və regional dəniz təhlükəsizliyinə töhfə verdiklərinə görə təşəkkür edirik.
Təcavüzkarın təhdidlərinin neytrallaşdırılması və yeni prosedurlarla Hörmüz boğazından təhlükəsiz və davamlı keçid təmin ediləcək."
Xatırladaq ki, İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri dünən sosial media hesabında Hörmüz boğazından keçidlə bağlı xəbərdarlıq mesajı yaymışdı. Paylaşılan mesajda deyilirdi:
"Boğazdan keçmək istəyən bütün gəmiləri xəbərdar edirik. Hörmüz boğazından keçmək üçün yeganə təhlükəsiz yol İran tərəfindən əvvəllər elan edilmiş dəhlizdir və digər marşrutlara sapmalar təhlükəlidir və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin qəti müdaxiləsi ilə üzləşəcək."
İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı ilə bağlı yeni mesaj yayıb