Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşir

Bu gün Azərbaycan Kubokunda 1/2 finalın cavab görüşlərinə start veriləcək. 

İlk oyun günündə bir matç keçiriləcək. 

“Zirə” öz meydanında “Turan Tovuz”u qəbul edəcək. Komandalar arasında keçirilən ilk matçda paytaxt klubu 2:0 hesablı qələbə qazanıb. Rəşad Sadıqovun komandası cavab görüşündə hətta 1 top fərqi ilə uduzsa belə, finala adlayacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci cavab görüşü sabah keçiriləcək. 

21 aprel (çərşənbə axşamı)

19:00. “Zirə” - “Turan Tovuz”

Zirə İdman Kompleksinin stadionu

İlk oyun - 2:0

22 aprel (çərşənbə)

“Sabah” - “Qarabağ”

İlk oyun - 2:2