Həşdu-Şabi bölməsinə hücum edilib

Həşduş-Şabinin 45-ci Briqadasına edilən hücumda bir nəfər həlak olub, dörd nəfər yaralanıb.

İraq Xalq Səfərbərlik Qüvvələri (Həşduş-Şabi) şənbə günü Əl-Cəzirə Əməliyyatlar Sektoruna daxil olan 45-ci Briqadanın Qaim rayonundakı sərhəd keçidində hücuma məruz qaldığını açıqlayıb.

Təşkilat hücum nəticəsində Həşdu-Şabinin bir üzvünün öldürüldüyünü və Müdafiə Nazirliyinin bir əməkdaşı da daxil olmaqla dörd nəfərin yaralandığını bildirib.

Qeyd edilib ki, ABŞ-İsrail hücumunun başlamasından təxminən bir ay ərzində Xalq Səfərbərlik Qüvvələrinə məxsus mərkəzlər və qərargahlar Amerika hücumlarına məruz qalıb.

Bu hücumlara cavab olaraq İraq Nazirlər Şurası silahlı qüvvələrə və Xalq Səfərbərlik Qüvvələrinə (XSQ) hücumlara qarşı qisas almaq və özünümüdafiə hüquqlarından istifadə etmək tapşırığı verib.

Diplomatik səviyyədə Nazirlər Şurası Xarici İşlər Nazirliyinə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına rəsmi şikayət təqdim etməyi, hücumları pisləməyi və onların dayandırılmasını tələb etməyi tapşırıb.