Tramp özünün qurduğu tələyə düşdü

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyat başlatmaqla öz tələsinə düşüb.

Bu fikri beynəlxalq jurnalist və politoloq Abbas Cuma deyib. 

O qeyd edib ki, Vaşinqton çoxlu miqdarda istehsal olunmayan bahalı raketlərlə ucuz dronları vurmaq üçün külli miqdarda pul xərcləyir. Həmçinin, o, ABŞ-də prezident seçkilərinin yaxınlaşdığını da xatırladıb:

"Nəticə etibarilə, Donald Trampın seçicilərinə, ona səs verən insanlara nə deyəcəyi tam aydın deyil, çünki o, onlara müharibələrə başlamayacağını, bunun sülh, rifah və sair dövrü olacağını vəd etmişdi. O, bütün seçki kampaniyasını bunun üzərində qurdu və indi sadəcə bu vədi pozub", - deyə ekspert bildirib.

Fevralın 28-də ABŞ  İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. 

İslam Respublikasının paytaxtı da daxil olmaqla, çoxsaylı şəhərlərinə hücum edilib. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki Amerika hava bazalarına raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.