Pakistan silahlı qüvvələri Əfqanıstanla sərhəddə İslam Respublikasında hücumlar həyata keçirən terror qruplaşmalarına dəstək verən 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib.
Məlumata görə, bazar günü Əfqanıstan silahlı qüvvələrinin Əfqanıstanla həmsərhəd rayonlarda bir neçə nəzarət-buraxılış məntəqəsini atəşə tutmasından sonra Pakistan ordusu cavab zərbəsi endirib və nəticədə bir neçə keçid məntəqəsi məhv edilib, 19 keçid məntəqəsi isə ələ keçirilib
Xatırladaq ki, Əfqanıstanla Pakistanı ayıran Dürand xəttinin bir neçə sektorunda Pakistan əsgərləri ilə əfqan Taliban silahlıları arasında intensiv toqquşmalar baş verib. Əfqan əsgərlərinin hücumuna cavab olaraq Pakistan ordusunun artilleriya, tank, təyyarə və pilotsuz təyyarələrdən istifadə etdiyi bildirilir. Məlumata görə, şiddətli toqquşmalar Talibanın bir neçə istiqamətdən Pakistan ordusunun sərhəd postlarına hücumundan sonra başlayıb.
Pakistanla Əfqanıstan arasında baş vermiş toqquşmalarda tərəflərdən onlarla əsgər həlak olub.
Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib