Qəzzadakı müqavimət qüvvələrini “ümmət üçün ilhamverici bir model” olaraq xarakterizə edən Seyid Əbdülməlik Əl-Husi bu qüvvələrin İsrailin işğal və genişlənmə planlarını puça çıxardığını bildirib.
Yəməndəki Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi İsrailin Qəzzaya hücumları və bölgədəki hadisələri dəyərləndirərkən Yəmənin Fələstin müqavimətini qətiyyətlə dəstəkləməkdə davam etdiyini bildirib.
Bu çərçivədə Əl-Husi Yəmənin Qəzzaya dəstək üçün keçən həftə 9 ayrı əməliyyat keçirdiyini açıqlayıb. O, bu hücumların hipersəs və ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edilərək həyata keçirildiyini bildirib.
Əl-Husi bu əməliyyatlardan birinin vaxtına diqqət çəkərək, bunun ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanında çıxışı ilə eyni gündə baş verdiyini vurğulayıb. O, xüsusilə Lod Hava Limanına (Ben Qurion) hücumun İsrailə hava məkanına qadağa qoyulması məqsədinin bir hissəsi kimi ən kritik əməliyyatlardan biri olduğunu bildirib. Bu kontekstdə hava məkanının məhdudlaşdırılması ilə bağlı səylərin nəticə verdiyini və bir çox aviaşirkətin Təl-Əvivə uçuşları dayandırmasının işğal rejiminə iqtisadi və diplomatik təzyiq yaratdığını bildirib.
Dəniz nəqliyyatına embarqo
Əl-Husi bəyan edib ki, İsrailə təzyiqlər təkcə havadan deyil, dənizdən də davam edir. O, İsrailin Qırmızı dəniz, Bab əl-Məndəb boğazı, Ədən körfəzi və Ərəbistan dənizindəki ticarət fəaliyyətlərinin hədəf alındığını və bu qadağanın hələ də qüvvədə olduğunu xatırladıb. Əl-Husi Yəmənin Qəzzaya dəstəyinin “heç vaxt geri çəkilmədən” davam etdiyini bildirib və Yəmən xalqını cümə günü paytaxt Səna və digər şəhərlərdə keçiriləcək böyük yürüşlərdə iştirak edərək Fələstinlə həmrəylik nümayiş etdirməyə çağırıb.
“Qəzza fəlakət astanasında”
İsrailin davam edən hücumlarını “soyqırım” kimi xarakterizə edən əl-Husi Qəzzada humanitar vəziyyətin kritik mərhələdə olduğunu bildirib. O, yardım təşkilatlarının ehtiyatlarının tükəndiyini və insanların əsas ehtiyaclarını ödəyə bilmədiklərini bildirib. O, İsrailin Qəzzaya qarşı zorakılığının ABŞ-ın birbaşa dəstəyi ilə daha da vəhşiləşdiyini vurğulayıb.
Qərbin ikili standartları
Qərb ölkələrinin insan haqları diskursları ilə praktikada tutduqları mövqelər arasında dərin ziddiyyət olduğunu qeyd edən əl-Husi Qərbin İsrail işğalına dəstək verməsinin bu qeyri-səmimiliyi ortaya qoyduğunu bildirib. O qeyd edib ki, Qərb dövlətləri İslam dünyasından böyük iqtisadi qazanc əldə ediblər, lakin bu region xalqını daima gözdən salıblar. Əl-Husi qeyd edib ki, İsrailin işğal planları birbaşa ABŞ-ın ərəb rejimləri vasitəsilə əldə etdiyi siyasi və iqtisadi qazanclarla bağlıdır.
İordan çayının qərb sahilində davam edən saxlanma və edam əməliyyatlarına toxunan əl-Husi deyib ki, bu tətbiqlər İsrailin bölgə üzərində tam hökmranlıq istəyinin açıq göstəricisidir.
Tarixdən dərs almaq üçün çağırış: Nəkbənin 77-ci ildönümü
Çıxışında 1948-ci il Nəkbəsinə toxunan əl-Husi bildirib ki, bu faciəli hadisədən ibrət dərsi alınmalıdır. Əl-Husi Nəkbəni 77 il davam edən ağrılı bir xatirə olaraq xarakterizə edərək, sionist rejimin o vaxtdan bəri heç vaxt təcavüzkar mövqeyindən əl çəkmədiyini vurğulayıb.
Qəzza Müqaviməti nümunə olmalıdır
Qəzzədəki müqavimət qüvvələrini “Ümmət üçün ilhamverici bir model” kimi xarakterizə edən əl-Husi, bu qüvvələrin İsrailin işğal və genişlənmə planlarını puça çıxardığını bildirib. O bildirib ki, Qəzza müqaviməti təkcə yerli səviyyədə uğurlu olmayıb, həm də İsrailin digər bölgələrdə də oxşar fəlakətlər yaratmasının qarşısını alıb.
Əl-Husi son günlərdə həyata keçirilən əməliyyatlara toxunaraq, HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadalarının Rəfah və digər bölgələrdə həyata keçirdiyi kompleks “ölüm pusqu” əməliyyatlarının işğalçıya ciddi zərbələr vurduğunu bildirib.
O, İslami Cihadın hərbi qanadı olan Əl-Qüds Briqadasının Qəzza ətrafındakı İsrail yaşayış məntəqələrinə güclü raket hücumları həyata keçirdiyini və bu hərəkətlərin müqavimət üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Qardaşlıq və həmrəylik mesajı
Əl-Husi Qüds yürüşlərinə etdiyi çağırışda Yəmən xalqı və silahlı qüvvələri adından salamlarını çatdıraraq, “Allahdan sizə kömək, qələbə və qüvvət diləyirik” deyib. Bu sözlərlə o, Fələstin müqaviməti ilə həmrəy olduğunu bir daha vurğulayıb.
Seyid Əbdülməlik: Qəzzə müqaviməti ümmət üçün bir modeldir