Ukrayna ötən gecə Rusiya ərazisinə 337 PUA ilə hücum edib

Ukrayna ötən gecə Rusiya ərazisinə 337 PUA ilə hücum edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiya ərazisi üzərində 337 Ukrayna pilotsuz uçuş aparatınıi vurub.

Qeyd olunub ki, Moskva vilayəti ərazisi üzərində 91,Kursk vilayəti ərazisi üzərində 126, Bryansk vilayəti ərazisi üzərində 38 PUA, Belqorod vilayəti üzərind 25, Ryazan vilayəti üzərində 22, Kaluqa vilayətinin ərazisi üzərində 10, Lipetsk vilayətinin ərazisi üzərində 8, Oryol vilayətinin ərazisi üzərində 8, Voronej vilayətinin ərazisi üzərində 6 və 3 PUA Nijni Novqorod vilayətinin ərazisi üzərində vurulub.