Noyabrın 25-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Müsəlman Birliyi Hərəkatının daha bir üzvünə hökm oxuyub. Məhkəmə Rüstəm Əsgərov barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.
Məhkəmələrin gedişində sifarişli həbslər, saxta ittihamlarla günahsız inanclıların saxlanılması, öz həbsi zamanı isə cibinə narkotik qoyan polis işçilərinin addımlarının tənqidi ilə diqqət çəkən inanclıya qarşı qərar öncə dövlət ittihamçısından gəlib. O, Rüstəm Əsgərovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini hakimdən istəyərək sübutları bu istiqamətdə məqbul sayıb.
Rüstəm Əsgərov isə öz növbəsində son söz söyləyərək qurama, heç bir dəlil sübut olmadan ittiham olması ilə növbəti sifarişli hökmü gözlədiyini deyib. O, eyni halda hakimə yalan qərarlar verənlərin bir gün İlahi məhkəmədə Ədalət Sahibi önündə cavab verəcəklərini bildirərək məhz o gün, əbədi əzab üçün özlərini hazırlamalarını onlara deyib.
Hakim Elçin Məmmədov çıxışlardan sonra qərarı elan edib. O, Rüstəm Əsgərovu narkotiklərlə bağlı ittihamla müqəssir bilərək onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Rüstəm Əsgər oğlu Əsgərov ölkədə anti-islam çərçivəsində davam edilən həbslər çərçivəsində 2024-cü il 12 aprel tarixində işlədiyi Xirdalan ərazisində saxlanılıb. Narkotiklərlə bağlı ittiham olunan gənc MBH ailəsinin sayı 78-ə çatan həbs olunan üzvlərindən biridir.
MBH üzvü Rüstəm Əsgərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edildi