İsraildən İraqa təhdid

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani bəyan edib ki, İsrail İraqı əsassız və saxta bəhanələrlə hədələyir.

Sudani Bağdadda keçirilən tədbirdəki çıxışında bölgədə yüksək gərginliyin olduğunu bildirərək, “Sionist varlıq yalan və əsassız bəhanələrlə bizi hədələyib. Bununla belə, İraqın hücum nöqtəsi kimi istifadəsinə icazə verməyəcəyimizi vurğulayırıq” deyib.

İsraili döyüş meydanını genişləndirməməyə çağırdığını təkrarlayan Sudani, Xarici İşlər Nazirliyinə İsrailin İraqı təhdid etməsi məsələsini beynəlxalq dairələrdə izləməyi tapşırdığını bildirib.

İraqın xarici işlər naziri Fuad Hüseyn iki gün əvvəl Duhokda keçirilən tədbirdə verdiyi açıqlamalarda İsraildən dolayı yolla təhdid məktubu aldıqlarını, lakin bu, müharibəyə çevriləcəyi anlamına gəlmədiyini deyib.