Ermənistan sülh müqaviləsi layihəsini Azərbaycana təhvil verib

 Ermənistanın Xarici İşlər naziri ölkəsinin sülh sazişi layihəsini Bakıya təqdim etdiyini və cavab gözlədiyini açıqlayıb.

Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan bildirib ki, bu layihə İrəvan və Bakı arasında sülh müqaviləsi ilə bağlı razılaşdırılmış maddələrin 10-cu düzəlişidir. 

Diplomat bu layihənin bütün razılaşdırılmış maddələri və bu planın əsas mətnini ehtiva etdiyini qeyd edib. 

Mirzovyan daha sonra bildirib: “İnanırıq ki, tezliklə sülh sazişi imzalamaq üçün əla fürsət yaranacaq və Cənubi Qafqazın sabitliyinin qorunmasında yeni səhifə olacaq.” 

Mirzoyan vurğulayıb ki, bu razılaşma bütün problemləri aradan qaldırmayacaq və imzalanandan sonra digər məsələlər və problemlər həll olunmalıdır.