Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Azərbaycana ekstradisiya olunmayacaq.
“Qafqazinfo”ya istinadən xəbər verilir ki, bu barədə Vestminster şəhər məhkəməsi qərar çıxarıb.
Azərbaycan hökumətini təmsil edən vəkil məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini deyib. Hacıyevanın vəkili isə qərarı şərh etməkdən imtina edib.
Xatırladaq ki, Zamirə Hacıyeva Londonun “Harrods” mağazasında 16 milyon funt sterliqn xərclədikdən sonra Britaniya səlahiyyətlilərinin diqqətini çəkmişdi. Vəzifəsindən sui-istifadə etdiyində görə 16 illik həbsə məhkum edilmiş Cahangir Hacıyevin xanımı Londonun Knightsbridge ərazisində mülklərə sahibdir. Ərinin dövlət işçisi kimi qazancı heç vaxt 70 min dolları keçməyən Hacıyevanın bu pulları haradan alması şübhə doğurub. Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.
2018-ci ildə tutulan Zamirə Hacıyeva girov qarşılığında qismən azadlığa buraxılıb. Onun şəxsiyyət vəsiqəsi polisdə saxlanılır, qolunda elektron nəzarət qolbağı var. Hazırda Londondakı evində yaşayan Hacıyevaya şəhərdən çıxmaq qadağan edilib.
Zamirə Hacıyeva Azərbaycana ekstradisiya olunmayacaq

Oxşar xəbərlər