Şagirdləri daşıyan mikroavtobus aşıb - Ölən və xəsarət alanlar var

Hadisə mayın 6-da səhər saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 
 
"Mercedes" markalı mikroavtobus idarəetməni itirməsi nəticəsində yolun kənarına aşıb.
 
Qəzaya düşən mikroavtobus Şirvandan Cəlilabada yarışa gedən 2005-2008-ci il təvəllüdlü şagirdləri aparırmış.
 
Qəza nəticəsində 1 şagird ölüb, 6 nəfər xəsarət alıb.
 
Report.az