Körpələr Evinin baş həkimi işdən çıxarıldı

Səhiyyə Nazirliyi Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evi ətrafında yaranan qalmaqallı video ilə bağlı araşdırma aparır.
 
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.
 
"Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifədən kənarda qalacaq. 
 
N.Əliyevanın səlahiyyətlərini müvəqqəti olaraq onun müavini icra edəcək”.