Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva haqqında yeni iddialar ortaya atılıb.
Axar.az xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İnstaqram hesabında məlumat paylaşıb. Belə ki, Körpələr Evindən himayəyə uşaq götürənlər və onların yaxınları baş həkimə verdikləri pullar haqqında Aysuna mesaj yazıblar.
Həmin insanlar Körpələr Evindən uşaq götürmək üçün 10 min manat verdiklərini iddia edib. Onlar bildiriblər ki, övladlığa uşaq götürmək istəyənlər bu məbləği vermədikdə baş həkim uşağı verməkdən boyun qaçırıb.
Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İnstaqram hesabında Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimlərin avtomobillə başqa yerə daşınması ilə bağlı görüntülər paylaşıb. Baş həkimin “yuyulmaq üçün aparılan yataq üzlükləridir” açıqlamasından sonra Aysun daha bir video yayaraq, ərzaq daşındığı iddiasını görüntülərlə təsdiqləyib.
Səhiyyə Nazirliyi isə bu gün rəsmi açıqlamada məlumatın araşdırıldığını və videonun təhrif olunmuş formada ictimaiyyətə təqdim edildiyini bildirib.
“"Araşdırma nəticəsində məlum olub ki, video görüntülər təhrif olunmuş şəkildə ictimaiyyətə təqdim olunub. Videoda açıq-aydın görünür ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezləri isə dəyişdirilməsi üçün körpələr evindən aparılıb”, - Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib.
Həmin mesajları təqdim edirik:
Baş həkimlə bağlı yazışmalar yayıldı - Foto

Oxşar xəbərlər