Səhiyyə Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Nazirlikdən verilən məlumata görə, Şura üzvlərinin iştirakı ilə keçirilən iclasda Aparat rəhbəri Nadir Zeynalov nazirliyin fəaliyyətinin bugünkü aktual istiqamətləri, səhiyyə siyasətinin inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər, eləcə də Nazirliyin ötən müddət ərzində gördüyü işlər barədə məlumat verib.
İclasda Şura üzvlərinin fəaliyyətini daha səmərəli təşkil etmək üçün texniki- təşkilati məsələlər müzakirə edilib və bununla bağlı Nazirliyə təkliflər verilib. İctimai Şuranın sədri Rüstəm Salayev Şuranın qarşıda duran planları barədə danışıb.
Şura üzvləri çıxış edərək İctimai Şuranın fəaliyətinə və Şuranın Nazirliklə birgə fəaliyyətinin daha səmərəli təşkilinə dair fikirlərini bölüşüb, təkliflər səsləndiriblər. İclasda cari məsələlər geniş müzakirə edilib.
Nazirlik yanında İctimai Şuranın 2019-cu ilin yanvarında yaradıldığını xatırladan Nadir Zeynalov əhalinin sağlamlığının qorunması istiqamətində Nazirlik tərəfindən görülən işlər üzərində ictimai nəzarətin həyata keçirilməsinin, qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə tədbirlərində Şuranın fəal iştirakının önəmli olacağını diqqətə çatdırıb.
Səhiyyə Nazirliyində mühüm iclas keçirilib

Oxşar xəbərlər