İsraildə Qəzza zolağında saxlanılan girovların azad edilməsi prosesinin davam etdirilməsinə dəstək məqsədilə yeni kütləvi aksiyalar keçirilib.
Ən böyük nümayiş, ənənəyə uyğun olaraq, Tel-Əvivin şərqindəki hökumət binası kompleksinin yaxınlığında keçirilib.
İştirakçılar İsrail hökumətindən Fələstin anklavında müvəqqəti atəşkəsi və orada saxlanılan bəzi israillilərin azad edilməsini nəzərdə tutan razılaşmanın tam şəkildə yerinə yetirilməsini tələb edib, həmçinin Benyamin Netanyahu hökumətini Qəzza razılaşmasının ikinci mərhələsi üzrə danışıqlara başlamağa çağırıblar.
İsraildə atəşkəs prosesinin davam etdirilməsinə dəstək aksiyaları keçirilib