İran terror aktı planlaşdıran İsrail vətəndaşlarını saxladı

İran kəşfiyyatı 40-dan çox bomba daşıyan və respublika ərazisində silsilə terror aktları hazırlayan böyük İsrail terror şəbəkəsinin üzvlərini saxlayıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir  ki,  bu barədə "Tasnim" agentliyi məlumat yayıb. 

"İsrailin geniş terror şəbəkəsinin üzvləri 43 bomba ilə birlikdə saxlanılıb", - KİV yazıb.  

Açıqlamada həmçinin bildirilir ki, terrorçuların qərargahları Danimarka və Hollandiyadadır. Onların müsəlmanların müqəddəs Məhərrəm ayı ərəfəsində İran ərazisində silsilə təxribat terror aktları planlaşdırdıqları iddia edilir.