İran Sistan-Bəluçistan əyalətində İŞİD-ə bağlı iki qrupu zərərsizləşdirdiyini bildirib

 İranın cənub-şərqində Sistan-Bəluçistan əyalətində İŞİD terror təşkilatına bağlı olan iki silahlı qrup zərərsizləşdirilib.

Operativtv.com SalamNews-a bu barədə Tasnim İnformasiya Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, kəşfiyyat və polis qüvvələrinin İslam İnqilabı Keşikçilər Ordusu ilə birgə əməkdaşlığı nəticəsində İŞİD terror təşkilatına beyət etmiş, xaricdən dəstəklənən iki qrup zərərsizləşdirilib.

Onların ölkənin cənub-şərq bölgələrində təxribat planlamaları müəyyən edilib.

Məlumata görə, ələ keçənlərin arasında Tacikistan və Əfqanıstan vətəndaşları da var.