İngiltərə Liqa Kuboku: "Nyukasl" "Arsenal"ı məğlub edərək finala yüksəlib

"Nyukasl" İngiltərə Liqa Kubokunun yarımfinalının cavab oyununda London "Arsenal"ını öz meydanında 2:0 hesabı ilə məğlub edərək turnirin finalına çıxıb.

Meydan sahiblərinin heyətində Ceykob Merfi (19) və Entoni Qordon (52) fərqləniblər.

İlk oyun da "Nyukasl"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Sağsağanlar" finalda “Liverpul” və “Tottenhem” arasındakı qarşılaşmanın qalibi ilə oynayacaq.

İlk görüş "Tottenhem"in öz meydanında qələbəsi ilə başa çatıb - 1:0. Cavab oyunu cümə axşamı keçiriləcək.

Qeyd edək ki, final oyunu martın 16-da Londonun "Uembli" stadionunda baş tutacaq.

 

Report.az