"İndiyədək ittiham tərəfinin şahidləri Şeyx Sərdarın əleyhinə heç bir ifadə verməyib"

Operativtv.com Maide.Az-a istinadən xəbər verir ki, avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəməsi keçirilib.
Məhkəmə iclası qapalı olub. Şeyx Sərdar ifadə vermədiyindən məhkəmədə yalnız şahidlər dindirilir, indiyədək ittiham tərəfinin şahidləri Şeyx Sərdarın əleyhinə heç bir ifadə verməyib.
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli həbsini İranla Azərbaycan arasında gərginləşən münasibətlərlə bağlı olduğunu bildirir. Özünü təqsirli bilmir və ittihamları qətiyyən qəbul etmir. Ifadə verməkdən də imtina edir.
Xatırladaq ki, növbəti məhkəmə iclası Sentyabr ayının 7-i, saat 10:30-da keçiriləcək.