İnanclı Ziya Tahirovun məhkəməsi davam edib

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində sabiq siyası məhbus Kərbəlayi Ziya Tahirovun məhkəmə iclası keçirilib.
O, iclasa onlayn şəkildə qatılıb.
Məhkəmə iclasına bir polis əməkdaşı və bir taksi sürücüsü Kərbəlayi Ziyanın üzünə durmaq üçün şahid qismində iştirak edib.
Növbəti məhkəmə prosesi 25 avqust saat 16:30-da keçiriləcək.
Xatırladaq ki, sabiq siyasi məhbus Kərbəlayi Ziya Tahirov əvvəllər də dini motivlər əsasında həbs edilib və 7 il azadlıqdan mərhum olunub.
 
Maide.az