Dini münasibətlərdə hakimiyyətin növbəti səhvi

İllərdir din-dövlət münasibətlərinin düzgün qurulmaması, inanclılara qarşı yad davranışlar dini sahədə gərginliyin artma səbəbi olaraq qalmaqdadır. Bunun üçün istənilən kənar təsirlərin düşünülməsi, rassional məntiq sahibləri üçün bu problemin önündə duran yeganə səbəbin, hakimiyyətin xalqın böyük kütləsini təşkil edən inanclı dini kimliyinə əhəmiyyətsiz, bir az da aydın söyləsək qərəzli yanaşmadan nəşət tapdığını söyləyəcək. Zaman ötdükcə problemlərin həllinə cəhd etmək əvəzinə hakimiyyət, din-dövlət münasibətlərində qanunların sərtləşdirilməsi, ölkədə dinin varlığına məhdudiyyətlər qoymaqla güya bu problemi həll etmək immitasiyası yaradır. Əgər qanunlara düzəliş dinə edilən məhdudiyyətlər səbəbindən inanclını susdura bilmirsə bu zaman silsiləvi həbs, işgəncə və zorakılıq hakimiyyətin sərgilədiyi davranışlarıdır. Bu məsələlər şübhəsiz araşdırılır və ölkə məhkəmə sisteminin üstün tutduğu “şahın aliliyi” prinsipinə görə tədqiqat hal-hazırda beynəlxalq təşkilatlar, ali məhkəmə orqanlarındadır.
Ancaq problem öz ciddiliyində qalmaqda davam edir. Ölkə gündəmində İslam sovetlərin retuallaşmış formal olaraq məzarlıqda “yaşamaq” əmrini almış kimi hakimiyyət də dinin mövcudluğunu bütün sahələrdə qısaldmaqda davam edir. Son bayram namazı bunun bir daha əyani sübutu idi ki, rejim ölkənin varlığında dinin hansısa şou tədbir kimi istənilən vaxt və məkana çəkmək gücü ilə öz idarəçiliyində saxlamağa çalışdı. Bu addım şübhəsiz təsadüfi atılmır. Daxili və xarici amillər, kənar dövlətlərin təsiri, ölkədə anti-islam davranışlar planlı icra edilir. Bu da yəqindir ki, addımlar yaxın günlərdə gerçəkləşəcək Aşura mərasimlərinə də öz təsirini göstərməyə hesablanıb. Bütün bunların necə nəticə verəcəyi zamanla görünəcək. Lakin ölkənin kökünə hədəflənən bu addımın bir xalq olaraq Azərbaycan üçün hansı fəsadlar yaratdığı sözün əsil mənasında dəhşətdir.
İnanclıların illərdir bir qrupunu “kənar təsir”, “xarici ölkələrin təsiri altında olan”, “dini, şəriət dövləti qurmağa meyilli” damğası ilə məhdudllaşdıran hakimiyyət bu hissəni olmazın işgəncəsinə məruz qoydu, əzdi, həbs edib zülm və sitəmlərə hədəflədi. Həbsxanalarda artıq minə yaxın saxlanılan inanclılar da məhz bu iddiham səbəbi ilə həbs olunub. Bu günə qədər hakimiyyət inanclıların bu sinfini qabardaraq hər növ ittiham altında tirajladığı saxta xəbərləri isə sonunda özünü də bu yalanlarda iflasa gətirib çıxardı.
Azərbaycanda elə bir şəxs tapılmaz ki, islahat, orta xətt, milli ruh, vətənpərvərlik kimi din-birlik düşüncəsində Hacı Şahin Həsənlinin fəaliyyətini etiraf etməsin. Hətta dövlət təşkilatlarında, hakimiyyət orqanlarda, ruhanilər, dini komitə belə vətənpərvərlik, şəhidlərə diqqət, vətənin ən həssas dönəmində Hacı Şahinin təşəbbüsü ilə gerçəkləşən fərdi layihələrin nə qədər dəyərli, əhəmiyyətli və böyük zəhmət sayəsində gerçəkləşməsini dəfələrlə vurğulanıb. Lakin sonuc necədir? Hakimiyyət göstərdi ki, onun hədəfi əslində bu kimi ail, xalqın mənəviyyata köklənən dəyərləri, həqiqi İslamın mahiyyətini deyil. İlk fürsətdə o göstərdi ki, ölkədə İslamı öz idarəsinə almağa əzimlidir. Məşhəd Dadaş icmasını, böyük xeyriyyə layihəsinin təşkilatçılarını, qazi-şəhid ailələrinə dəstək göstərən, həttə multikultral dəyərləri qoruyan bu cəmi məsciddən ən rahat formada “yola salmaq” rejimin əsl mahiyyəti üzərindən yalançı pərdəni qaldırdı. İndi başa düşürsüz bu hakimiyyətin işi müxtəlif adlarla incidib əzməkdə olduğu inanclılarla yox, bütün İslama, şiəliyə qarşıdır?! Dünənə qədər Hacı Şahinin artan nüfuzu bu gün icmanın vurulma səbəbi kimi göstərilə bilərdi ki, güya Hacı Şahin nə vaxtsa hansısa dini vəzifə tutmaq təhlükəsi yaratsın. Axı bu gün belə bir problem qətiyyən yoxdur. Birmənalıdır ki, hakimiyyət üçün nə müqavimət göstərən, nə də islahat aparan tərəf yox, ölkədə həqiqi İslam hədəfindədir. Bunun üçün o, bütün sərhədləri məhdudlaşdırır. Görünən budur ki, hakimiyyətin mövcud ardıcıl səhv addımları din-dövlət münasibətlərində son mərhələni gətirir.  

MBH təhlil mərkəzi