Ceyhun Balaşov “Leyla Şıxlinskaya” adına klinikaya köçürülüb

İnanclı fəal Ceyhun Balaşov avqustun 20 də müalicə aldığı Pentesiar Xidmətin Müalicə Mərkəzindən Leyla Şıxlinskayanın klinikasına köçürülüb. Pentesiar Xidmət rəhbərliyi Balaşovun tam müayinə olaraq əziyyət çəkdiyi və son zamanlar yaddaş pozuntusuna gətirib çıxaran durumun səbəblərini müəyyən etməyə çalışır. İlkin yoxlamalar Ceyhun Balaşovda yüksək şəkər xəstəliyi-diabetin olmasını üzə çıxarıb. Sabah baş-beyin tomoqrafiyası olunaraq yaranan qıcolmaların əsas səbəbi də dəqiqləşdiriləcəyi bildirilir.

Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Ceyhun Balaşov ölkədə anti Aşura layihəsi çərçivəsində sayı mini ötdüyü deyilən inanclılardan biridir və o fevralın 2-də saxlanılıb. Həbsinin ilk 5 ayını Şüvəlan təcridxanasında keçirən Ceyhun bir dəfə olsun belə səhhəti ilə bağlı problem yaşamayıb. İyulun əvvəlində vertual məhkəməyə çıxmaq üçün Kürdəxana təcridxanasına gətirilən (Şüvəlan təcridxanasında vertual xidmət üçün lazımı şərait yoxdur) Ceyhun iyulun 9-da ilk vertual məhkəmə iclasından sora amansızcasına döyülüb. Vəziyyətinin ağırlaşması səbəbindən iyulun 14-də o, Pentesiar Xidmətin Müalicə Mərkəzinə köşürülüb. 18 gün orada müaliicə alqdıqdan sonra Ceyhun Balaşov avqustun 6-da yenidən Kürdəxana Təcridxanasına geri qaytarılıb.  Lakin üç gün sonra avqustun 9-da onun səhhəti yenidən kəskin pisləşib.

Dəhşətli ağrılar səbəbindən o, hətta huşunu belə itirib. Təcridxana rəhbərliyi Ceyhunun səhhəti haqqında ailəsini məlumatlandırıb. Avqustun 13-də ailəsi Ceyhunla görüşüb. Dəhşətli işgəncələrin yaratdığı fəsadlar Ceyhunun baş ağrıları ilə yanaşı günün müəyyən saatında hətta onu anlaqsız hala gətirib. Bütün bu hallardan narahat olan ailə üzvləri təcridxana rəhbərliyinə onun müalicəsi ilə bağlı lazım olan xidmətin göstərilməsini istəyib. 

Bundan sonra Ceyhun Balaşov avqustun 17-də müalicə mərkəzinə köçürülüb. Pentesiar Xidmət rəhbərliyinin xüsusi göstərişi əsasında o, ötən gün, avqustun 20-də “Leyla Şixlinskaya” adına xəstəxanaya köçürülüb.