Aclıq edən məhbuslar "kars"a salınıb
Bu barədə məhbuslardan birinin ailəsi məlumat verib. Onun sözlərinə görə, Umbakı Pentensiar Kompleksinin qapalı tipli həbsxanasında saxlanılan və aclıq aksiyası keçirən 4 məhbus cəza kamerasına salınıb.
Bu barədə məhbuslardan birinin ailəsi məlumat verib. Onun sözlərinə görə, Umbakı Pentensiar Kompleksinin qapalı tipli həbsxanasında saxlanılan və aclıq aksiyası keçirən 4 məhbus cəza kamerasına salınıb.
İranın Məşhəd şəhərində yerləşən və şiələrin 8-ci imamı İmam Rzanın (ə) dəfn olunduğu məqbərə kompleksinin ərazisində yanğın qeydə alınıb. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın kompleksin ərazisində fəaliyyət göstərən bitum emalı emalatxanasında baş verib.
Hadisəyə bərpa və yenidənqurma işlərinin aparıldığı emalatxanada, təqribən 500 kvadratmetr sahədə bitum və plastik materialların alovlanması səbəb olub.
Pakistanın Xayber Paxtunxva əyalətində baş verən iki ayrı hücumda ən azı 3 polis əməkdaşı həlak olub, 20 nəfər yaralanıb.
Birinci hücumda silahlı şəxslər əyalətin Yuxarı Dir bölgəsində təhlükəsizlik qüvvələrinin karvanını hədəfə alıblar. Üç polis əməkdaşı ölüb, 15 nəfər yaralanıb.
Bir neçə saat sonra Bannu şəhərindəki polis qərargahına bomba yüklü maşınla ikinci hücum həyata keçirilib. Bu hücumda yaralananların ən azı 5-i polis əməkdaşıdır.
İran enerji infrastrukturuna hücum olacağı təqdirdə, Yəməndə husilərə Bab əl-Məndəb boğazını bağlamağı tapşırıb.
Bu barədə “Reuters“ üç anonim mənbəyə istinadən xəbər verir.
Məlumata görə, bu fikir İran rəhbərliyi daxilində müzakirə olunub və husilərə çatdırılıb.
İranın bu mesajı husilərə ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturunu vurmaqla hədələməsindən sonra və ya əvvəl çatdırdığı məlum deyil.
İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.
Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.
Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.
Ərbəin hazırlıqlarının bir hissəsi olaraq ziyarətçilər üçün yeni təhlükəsiz məntəqələri yaradılır. HZ Əbəlfəzl Abbas (ə) müqəddəs ziyarətgahı xidmətləri departamenti, İmam Hüseynin (ə) Ərbəin ziyarətinə hazırlıqların bir hissəsi olaraq ziyarətçilərin çantalarını və şəxsi əşyalarını təhlükəsiz şəkildə yerləşdirə biləcəkləri yeni təhlükəsiz depozit məntəqələri hazırlayır.
İraq Maliyyə Nazirliyi, ABŞ Maliyyə Nazirliyinin qərarlarına uyğun olaraq, Hizbullah və İŞİD ilə əlaqəli şəxslərə və qurumlara sanksiyalar tətbiq edən yeni bank direktivləri tətbiq edib.
İraq Maliyyə Nazirliyi, ABŞ Maliyyə Nazirliyinin terrorizmə qarşı mübarizə siyasətinin bir hissəsi olaraq, Hizbullah və İŞİD ilə əlaqəli olduğu iddia edilən şəxslərə və qurumlara qarşı yeni sanksiya direktivləri tətbiq edib.
Donald Trampın kürəkəni Cared Kuşner Brüsselin Fələstin strategiyasında əsas rol oynayan Sülh Şurası ilə əlaqə çərçivəsində yüksək səviyyəli Fələstin konfransında iştirak edib.
Meydan TV-yə şikayətini bildirən Famil Bağırov iyulun 14-də Yasamal Rayonu 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ailəsi deyir ki, 4 nəfər mülki geyimli şəxs Famil Bağırovu həmin gün bilinməyən istiqamətə aparıb və saatlarla ondan xəbər alına bilməyib.
Futbol üzrə dünya çempionatının ikinci yarımfinal qarşılaşması başa çatıb. Gərgin mübarizəyə səhnə olan oyunda final fitinin səslənməsi ilə həlledici matçın digər iştirakçısı müəyyənləşib.
ABŞ-nin Atlanta şəhərindəki "Mercedes-Benz Stadium"da baş tutan qarşılaşmada Argentina millisi İngiltərəni 2:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və İordaniyada yerləşən Amerika hərbi bazalarına hava hücumları təşkil edib. Bu barədə SEPAH-ın yaydığı rəsmi bəyanata bildirilir.
Məlumata görə, hücumlar nəticəsində İordaniyadakı “Əl-Əzraq” hərbi hava bazasında ABŞ ordusuna məxsus rabitə infrastrukturu və yanacaq çənləri hədəf alınıb. Küveytdəki “Əli əs-Salim” bazasında isə havadan müdafiəni təmin edən “Sİ-REM” (C-RAM) komplekslərinə aid radar sistemləri sıradan çıxarılıb.
Rusiya iyulun 16-na keçən gecə Kiyevə ballistik raketlərlə zərbə endirib. Hücum nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb.
Bu barədəd "Glavred.info" Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, yaralananlar arasında 16 yaşlı yeniyetmə də var. Onlardan üçü xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, Svyatoşın rayonunda raket anbar binalarına düşüb.



