15 July 2026

İsrail parlamenti “erməni soyqırımı”nın tanınması ilə bağlı səsverməni təxirə salıb

İsrail parlamenti - Knesset “Erməni soyqırımı”nın rəsmən tanınmasını nəzərdə tutan qərarla bağlı səsverməni təxirə salıb.

İsrail Nazirlər Kabineti xarici işlər naziri Gideon Saarın təqdim etdiyi təklifi iyunun 28-də yekdilliklə təsdiqləmişdi. Qərarın rəsmiləşməsi üçün parlamentin də razılığı tələb olunurdu.

“JNS” nəşri adı açıqlanmayan israilli rəsmiyə istinadən səsvermənin iyulun 12-də dayandırıldığını bildirib. Rəsmi qərarın səbəbini açıqlamayıb.

Hörmüz boğazı və Bab əl-Məndəb boğazı eyni vaxtda bağlansaydı nə baş verərdi?

Doğruhaber-in Əl-Cəzirədən verdiyi məlumata görə, Hörmüz boğazı və Bab əl-Məndəb boğazının eyni vaxtda bağlanması qlobal enerji və ticarət zəncirlərində ciddi pozuntulara səbəb ola bilər. Bu ssenari gerçəkləşərsə, neft təchizatı, dəniz nəqliyyatı və qlobal təchizat zəncirləri ciddi şəkildə təsirlənə bilər.

Bab əl-Məndəb boğazı dünyanın ən vacib iqtisadi və strateji su yollarından biri hesab olunur. Regional və beynəlxalq münaqişələrdə təsiri hərbi güc qədər həlledici ola bilər.

Naxçıvanda yaranan problemin çıxış yolu

“Aşsüzən media”mızın başı Şuşada şəkil çəkdirməyə qarışıb, ölkənin strateji bir coğrafiyasına gediş-gəlişdə barıt çəlləyinə çevrilən, get-gedə şişən mühüm bir problemə isə əhəmiyyət verən, diqqətdə saxlayan yoxdur.

Söhbət 3 ölkəylə quru sərhədi olan, yalnız hava nəqliyyatının ümidinə qalan Naxçıvan Muxtar Respublikasına gediş-gəlişdən, sürətlə boşalan bu diyarın insanlarının çəkdikləri min bir əziyyətdən, rastlaşdıqları alçaldıcı və dözülməz rəftardan gedir.

İnanclı xanımların məhkəməsi təxirə düşüb

Bakı şəhəri Xəzər Rayon Məhkəməsində inanclı xanımların iyulun 15-nə təyin edilən məhkəməsi təxirə düşüb. Buna səbəb vəkil Zibeydə Sadıxovanın iclasa qatıla bilməməsi olub. Vəkil bildirib ki, o, Apellyasiya Məhkəməsində müdafiə tərəf olaraq iştirak edir deyə, bu məhkəməyə gələ bilməyəcək. Hakim məhkəməni ertələyib.

Növbəti iclas 29 iyul saat 15:00-a təyin edilib.

Tramp “İran bataqlığı”na sürüklənir – Qərb mediasında təşviş

ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatları genişləndirməsi Qərb mətbuatında ciddi narahatlıq doğurub. Nüfuzlu nəşrlər hesab edir ki, Vaşinqtonun Tehrana qarşı strategiyası uzunmüddətli müharibəyə çevrilə bilər və Ağ Evin bu qarşıdurmanı necə başa çatdıracağına dair aydın planı yoxdur.

Azərbaycan və Ermənistan arasındakı ticarətin həcmi açıqlandı

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Ermənistana 17 milyon 128,64 min ABŞ dolları dəyərində mal ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

6 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.

Ayətullah Seyid Mustafa Xamenei: Səbir qisasla ziddiyyət təşkil etmir

Tehranda İmam Xomeyni Müsəlla məscidində keçirilən anım mərasimindəki çıxışında şəhid liderin böyük oğlu Ayətullah Seyid Mustafa Hüseyni Xamenei səbir anlayışının İslam təlimlərindəki yerini vurğulayıb və qisas almaq hüququnun qorunduğunu bildirib.

Şəhid liderin böyük oğlu Ayətullah Seyid Mustafa Hüseyni Xamenei Tehranda İmam Xomeyni Musalla məscidində keçirilən anım mərasimində çıxış edib.

"Səbir məqsədə doğru irəliləməyə davam edir"

AXCP: “Əli Kərimliyə təcridxanada tətbiq edilən məhdudiyyətlər davam edir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin saxlanma şəraitinin dəyişmədiyi, ona tətbiq edilən məhdudiyyətlərin davam etdiyi bildirilir. Bu barədə “Əli Kərimliyə azadlıq” səhifəsi partiya sədrinin vəkillərinə istinadən məlumat yayıb.

Məlumata görə, Əli Kərimliyə ötən həftə də ailəsi ilə telefonla danışmağa icazə verilməyib. Onun əvvəllər iki saat olan gündəlik gəzinti vaxtının isə bir saata endirildiyi bildirilir.

Dənizlərdə alıcı gözləyən rekord həcmdə Rusiya nefti toplanıb

Ukraynanın neft emalı zavodlarına zərbələri Rusiyanın daha çox nefti ixraca yönəltməsinə səbəb olub.

Bloomberg xəbər verir ki, 12 iyulda bitən dörd həftə ərzində Rusiya xam neftinin dəniz yolu ilə ixracı orta hesabla gündə 4,21 milyon barel təşkil edib ki, bu da Ukrayna müharibəsi başlayandan bəri ən yüksək səviyyədən cəmi 10.000 barel aşağıdır.

İspaniya finala vəsiqə qazandı

2026-cı il dünya çempionatında yarımfinal mərhələsinin oyunlarına start verilib.

Turun ilk qarşılaşmasında İspaniya və Fransa milliləri üz-üzə gəliblər. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçda hesab 22-ci dəqiqədə açılıb. Mikel Oyarzabal penaltidən dəqiq zərbəylə İspaniyanı önə keçirib: 1:0.

Əhmədinejadın ofisi “The New York Times”-ın iddialarını təkzib etdi

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın ofisi “The New York Times” qəzetində onun ev dustaqlığında saxlanıldığı barədə yayılan xəbərləri təkzib edib.

Yazılı açıqlamada bildirilib ki, sözügedən iddialar tamamilə əsassızdır və ictimai rəyi çaşdırmağa yönəlib.

Əhmədinejadın mətbuat katibi Sputnik-ə açıqlamasında “The New York Times”ı tənqid edib.

Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var

Rusiya ordusunun Ukraynanın Odessa şəhərinə raket zərbələri nəticəsində üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.

"UNİAN" xəbər verir ki, Odessa Vilayət Prokurorluğunun mətbuat katibi İnna Verba raket zərbələrinin çoxmərtəbəli yaşayış binasına dəydiyini bildirib.

“Hazırda ən azı 3 nəfərin öldüyü və yaralıların olduğu barədə məlumat var”, - Verba qeyd edib.

Bildirilir ki, Rusiya gecə boyu Odessanı atəş altında saxlayıb.