14 July 2026

"Tərtər işi": 5 milyon manat təzminat istəyən ataya 40 min manat kəsilib

2017-ci ildə “Tərtər işi” kimi tanınan hadisələrdə həyatını itirən hərbçi Ruslan Ocaqverdiyevin atası İlham Ocaqverdiyevin təzminat tələbilə bağlı məhkəmə prosesi yekunlaşıb.

"Azadlıq Radiosu"nun xəbərinə görə, ata iddia ərizəsində maddi zərərə görə 310 min, mənəvi zərərə görə isə 5 milyon manat təzminat tələb edib.

Druz liderinin İsrailə təşəkkürü arxasında gizlənən səbəb

Druz lideri Şeyx Hikmət əl-Həcəri İsrailə təşəkkür və Suveydədə "muxtar idarəetmə" ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda Suveydədə yerli qurumların gücləndirilməsinə çağış edib.

Suriyanın cənubundakı Suveydə əyalətinin statusunu möhkəmləndirmək və bölgədə "muxtar idarəetmə" modeli qurmaq istəyən dairələrin səslərini ucaltmağa davam etdiyi bildirilir.

Keçmiş deputatın Hacı Şahinlə bağlı paylaşımı qalmaqal yaratdı

Tanınmış filosof Müşfiq Ötgün ötən gün sabiq deputat Etibar Əliyevin Hacı Şahinlə bağlı öz “Facebook” səhifəsində etdiyi paylaşıma cavab verib.

O, professorun din xadimini alimlərlə müqayisə etməsini yersiz hesab edib:

“Hacı Şahinin populyarlığını hər hansı riyaziyyat və ya kimya aliminin populyarlığı ilə müqayisə etmək nə deməkdir ki?

Qəzzada ölənlərin sayı artır!

7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında işğalçı ordusu tərəfindən davam edən soyqırımda şəhid olanların sayı 73.233-ə çatıb.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yazılı açıqlamasında işğalçı rejimin Qəzza zolağına hücumları ilə bağlı son məlumatlar paylaşılıb.

Bəyanatda son 24 saat ərzində xəstəxanalara 2 yeni cəsəd və 21 yaralı şəxsin gətirildiyi bildirilib.

Türkiyə Netanyahunu axtarışa verib

Türkiyə İsrail Baş naziri Benyamin Netanyahunu “qırmızı bülleten”lə axtarışa verib.

Halk TV xəbər verir ki, İstanbul Ağır Cinayətlər Məhkəməsi “Sumud flotilyası işi” üzrə Netanyahunun barəsində beynəlxalq axtarış elan edib.

Netanyahu və onunla birlikdə təqsirləndirilən şəxslərə bəşəriyyətə qarşı cinayət, soyqırımı, işgəncə, əmlaka zərər vurma, adam oğurluğu və ya qanunsuz həbs, nəqliyyat vasitələrinin hərəkətinə mane olma və digər maddələr üzrə ittiham irəli sürülüb.

“Toplum TV işi”: “13 il həbs tələbi jurnalistikanın bu ölkədə cinayət sayıldığını göstərir”

İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə keçirilən prosesdə təqsirləndirilən şəxslərin son söz mərhələsi başlayıb. Ruslan İzzətli və Fərid İsmayılov son sözlərini tamamlayıb, Akif Qurbanov isə çıxışına başlasa da, vaxt məhdudiyyəti səbəbindən onu yekunlaşdıra bilməyib.

“Bloomberg”: Ukraynanın hücumları Rusiyada neft emalını son 20 ilin ən aşağı səviyyəsinə endirib

Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində ölkədə neft emalının həcmi son 20 ildən çox müddətdə ən aşağı səviyyəyə enib.

Bu barədə “Bloomberg” “EA Analytics” şirkətinin məlumatlarına istinadən xəbər verir.

Livan prezidenti Netanyahuya müraciət etdi: Yalnız hərbi güclə sabitlik əldəedə bilməyəcəksən

Livan prezidenti Cozef Aun İsrailin Baş naziri Benyamin Netanyahunu Yaxın Şərqdə sülhə aqressiv yanaşmasını dəyişdirməyə çağırıb.

Onun açıqlamasını mətbuat ofisi yayıb:

"Təkbaşına hərbi qüvvə uzunmüddətli sabitliyi təmin edə bilməz və bu, yalnız danışıqlar yolu ilə əldə edilə bilər".

SEPAH İordaniyada İrana hücum istifadə edilən ABŞ bazasının vurulduğunu bildirir

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ-a məxsus hərbi hava bazasının hədəfə alındığını açıqlayıb.

Bu barədə SEPAH-ın yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilib ki, sözügedən hava bazası bu gün səhər saatlarında ballistik raketlərlə vurulub.

SEPAH obyektin İrana qarşı hücum üçün istifadə edildiyini iddia edib.

"ABŞ və İsrailin yaratdığı hərbi miflər sürətlə dağılır"

Azərbaycanlı siyasi şərhçi son illərdə baş verən hərbi qarşıdurmaların NATO, ABŞ və İsrailin hərbi gücü ilə bağlı uzun illər formalaşdırılmış təsəvvürləri sarsıtdığını bildirib.

Siyasi şərhçi Asif Şəfəqqətov sosial şəbəkədə paylaşdığı fikirlərdə son illərin müharibələrini təhlil edərək yazıb ki, Ukrayna müharibəsi NATO-nun hərbi imkanları barədə mövcud təsəvvürləri dəyişdi.