29 June 2026

Suriya gərginlik pik həddə çatdı: İsrail helikopterləri hücuma keçdi, əhali kütləvi şəkildə köçür

Suriyanın cənubundakı Dəra əyalətinin qərb kəndlərində vəziyyət yenidən gərginləşib. Yerli mənbələrin məlumatına görə, sionist rejim qüvvələrinin Abidin kəndinə növbəti dəfə daxil olmaq cəhdi kənd sakinlərinin müqaviməti ilə qarşılaşıb.

Qarşıdurmalar zamanı sionist rejimə məxsus helikopterlərin ağır pulemyotlardan istifadə etdiyi, eyni zamanda kənd və ətraf ərazilərin artilleriya atəşinə tutulduğu bildirilir.

RSF: “Media və Yayım Şurası müstəqil informasiya məkanına dövlət nəzarətini gücləndirəcək”

“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuat azadlığı təşkilatı (RSF) Azərbaycanda Media və Yayım Şurası adlı qurumun yaradılmasını nəzərdə tutan qanun layihəsini tənqid edib. 

Milli Məclisdə iyunun 30-da səsə qoyulması gözlənilən layihəyə əsasən, Medianın İnkişafı Agentliyi və Audiovizual Şura ləğv edilir və Media və Yayım Şurası yaradılır. 

İsrail hökuməti “erməni soyqırımı”nı tanıyıb, Türkiyə və Azərbaycan qərara etiraz edib

İsrail hökuməti Osmanlı imperiyasında ermənilərə qarşı törədilmiş hadisələrin “soyqırımı” kimi tanınması ilə bağlı təklifi dəstəkləyib. Bu, İsrail hökuməti səviyyəsində “erməni soyqırımı”nın ilk rəsmi tanınması hesab olunur.

Millimiz Qran-Pri turnirində üçüncü oldu

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində Azərbaycan millisi növbəti uğura imza atıb.

İdmançımız Murad Fətiyev (90 kq) bürünc medal qazanıb.

Xatırladaq ki, yarışın əvvəlki günlərində Zelim Tçkayev (81 kq) qızıl, Əhməd Yusifov (60 kq) və Hidayət Heydərov (81 kq) isə bürünc medala sahib olublar. Bu nəticələrlə Azərbaycan millisi kişilər arasında üçüncü yeri tutub.

İsrailin Azərbaycanla yaxınlaşma siyasətinin kökündə həlledici məqamda ərazimizdən İrana qarşı istifadə etmək niyyəti durub!

Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışdığı bir vaxtda Netanyahu hökumətinin “erməni soyqırımı” məsələsini yenidən ortaya atıb dəstəkləməsi, əslində, rəsmi Təl-Əvivin Azərbaycan siyasətini ifşa etməklə, ölkəmizdəki israilsevərləri də çətin vəziyyətdə qoyub.