26 June 2026
Azərbaycanda bu il azı 25 hərbçi qeyri-döyüş şəraitində vəfat edib
Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.
Azərbaycan ordusunda qeyri-döyüş şəraitində ölüm halları isə əvvəlki illərdə olduğu kimi davam edir.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun iyunun 22-ə olan məlumatına görə, bu il Azərbaycanda azı 25 hərbçi qeyri-döyüş şəraitində vəfat edib.
İsrail atəşkəsə baxmayaraq Livana hücumlarını davam etdirir
İsrail atəşkəsə və ABŞ-İran razılaşmasına baxmayaraq Livana hücumlarını davam etdirib. Məlumata görə, bu razılaşmaya Livan da daxil olub.
Livan rəsmi agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri səhər saatlarında Yuxarı Nəbatiyyə şəhəri ətrafındakı ərazini iki ayrı hava hücumu ilə hədəfə alıb.
Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib
Xuliqanlıq və dələduzluqda təqsirləndirilərək həbs olunan vəkil Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib.
İş araşdırılması üçün Gəncə Şəhər Məhkəməsində hakim Ülkər Babazadənin icraatına verilib.
Qeyd edək ki, Zabil Qəhrəmanov ötən ilin oktyabrında saxlanılıb. Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilib.
Niderland Tunis millisini məğlub etdi
Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.
Kanzas stadionunda keçirilən F qrupunun III turunun matçında Niderland və Tunis milliləri qarşılaşıblar. Oyunda
avropalılar 3:1 hesabı ilə qalib gəliblər.
F qrupunu lider baş vuran Niderland seçməsi növbəti mərhələdə C qrupunun ikincisi olan Mərakeşlə qarşılaşacaq.
Hacı Ramil | Məhərrəm məclisi Aşura | 25.06.2026 - VİDEO
2025-ci ildə Azərbaycanda bir ailə üzvünün orta aylıq istehlak xərci 384 manat olub
Dövlət Statistika Komitəsinin 10 min ev təsərrüfatı arasında keçirdiyi sorğunun nəticələrinə görə, şəhərlərdə bu göstərici 398 manat, kənd yerlərində isə 368 manat təşkil edib.
DSK-nın “Ev təsərrüfatlarına dair” 2025-ci il hesabatında bildirilir ki, əhalinin nominal istehlak xərcləri 2024-cü illə müqayisədə 5,8 faiz artıb.
Ən çox artım nəqliyyat, mehmanxana, kafe və restoran, tütün məmulatları, həmçinin istirahət və mədəniyyət xidmətlərində qeydə alınıb.
Fələstinlilər İbrahimi Məscidi üçün mübahisəli layihəyə müxalifət edir
Anadolu Xəbər Agentliyinin məlumatına görə, Nazirliyin yazılı açıqlamasında bu addım "yəhudiləşdirməyə yeni bir cəhd" kimi təsvir edilib və bunun İbrahimi Məscidinə açıq bir hücum və onun İslam, tarixi və mədəni kimliyini dəyişdirmək cəhdi olduğu bildirilib.
Təl-Əviv qondarma "erməni soyqırımı"nı tanımağa hazırlaşır
İsrail dövləti Türkiyə ilə onsuz da gərgin olan diplomatik münasibətləri tamamilə qopma nöqtəsinə gətirə biləcək növbəti səs-küylü və qərəzli addıma hazırlaşır.
Samid Hüseynovun həbs olunduğu deyilir
İyunun 19-da dini inanclı fəal Samid Hüseynovun həbs olunduğu deyilir.
Bu barədə fəalın həyat yoldaşı Arzu Hüseynova Meydan TV-yə məlumat verib.
O bildirib ki, iyunun 19-da həyat yoldaşı Bakının Zabrat qəsəbəsində yerləşən polis idarəsinə çağırılıb. Daha sonra günlərlə ondan xəbər ala bilməyib:
BMT: İsrail fələstinli uşaqlara qarşı qəsdən hücumlarını davam etdirir
BMT-nin Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası fələstinli uşaqların İsrail təhlükəsizlik qüvvələri tərəfindən qəsdən hədəf seçildiyinə və öldürüldüyünə dair təkzibolunmaz dəlillər aşkar etdiyini açıqlayıb.
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurub
2026-cı il dünya çempionatında III turun oyunları davam edir.
İkinci oyun günündə D qrupunun iki görüşü baş tutub.
Paraqvay millisi Avstraliya ilə qarşılaşıb. Oyun başladığı kimi də başa çatb: 0:0. Avstraliya 4 xalla qrupu ikinci, eyni xalla Paraqvay isə 3-cü pillədə başa vurub. Hər iki komanda adını 1/16 finala yazdırmağı bacarıb.
Aşura 2026 | Hacı Surxay Əhmədov - VİDEO
Hörmüz boğazında yük gəmisi vurulub
İran İnqilab Keşikçiləri İranın icazəsi olmadan gəmilərin keçməsinin qanunsuz olduğu barədə xəbərdarlıq etdikdən bir neçə saat sonra, BMT-nin dəstəklədiyi yeni Oman marşrutunda yük gəmisi hücum nəticəsində zədələnib. Hadisə Britaniya hərbçiləri tərəfindən elan edilib. BMT-nin dəstəklədiyi yeni Oman marşrutundan istifadə edərək Hörmüz boğazından keçən yük gəmisi cümə axşamı günü silahlı hücuma məruz qalıb; Britaniya hərbçilərinin məlumatına görə, gəminin körpüsü zədələnib, lakin heç bir itki və ya ətraf mühitin çirklənməsi olmayıb.
Razı Hümbətovun Apellyasiya məhkəməsi keçirilib
Bakı Apellyasiya Məhkəməsi iyunun 25-də Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun Xəzər Rayon Məhkəməsinin şərti azadlıqla bağlı qərarından şikayətinə baxıb. Hakim Fəhmin Hümbətovun sədrliyi ilə baş tutan iclasda protokol qaydalar dinlənildikdən sonra Razi Hümbətov çıxış üçün söz istəyib.













