25 June 2026

Dünya Kubokunda tarixi rekord

Dünya Çempionatında unikal və qırılması çətin olan daha bir tarixi rekorda imza atılıb.

Braziliya millisi 1978-ci ildən bəri iştirak etdiyi bütün Dünya Kuboklarında qrup mərhələsini birinci sırada tamamlamağı bacarıb.

Cənubi Amerika təmsilçisi ardıcıl olaraq 1982, 1986, 1990, 1994, 1998, 2002, 2006, 2010, 2014, 2018, 2022 və nəhayət 2026-cı il Dünya Çempionatında qrup lideri kimi mərhələ adlayaraq bu sahədə əlçatmaz olduğunu bir daha sübut edib.

Qərbdə İslama qarşı yeni savaş: azan verilməsi qadağan edilir

Danimarka hökuməti məscidlərdə azan verilməsinə ölkə üzrə qadağa tətbiq edilməsini nəzərdən keçirir.

Bu barədə ölkənin immiqrasiya naziri Morten Bodskov açıqlama verib.

Nazirin sözlərinə görə, belə bir praktikanın Danimarkada yeri yoxdur. O bildirib ki, islamın ictimai həyatda görünürlüğü həddindən artıq artır və bu, cəmiyyətdə narahatlıq yaradır.

Azərbaycanda saytların bloklanması asanlaşdırılır: “Bu, mediada özünüsenzuranı artıra bilər”

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlar müvəqqəti bloklana bilər.

Bu, iyunun 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ-dan kənd təsərrüfatı məhsulları alınacağını təkzib edib.

O, bu barədə “X” hesabında yazıb.

“ABŞ səhv şəkildə iddia edir ki, bizim azad olunmuş aktivlərimiz onlardan kənd təsərrüfatı məhsullarının alınmasına sərf olunacaq. Maraqlıdır. Bizim biçdiyimiz yeganə məhsul sizin əkdiyinizdir - onillərin etimadsızlığı”, - parlament sədri qeyd edib.

Ölümsüz Aşura məktəbi

Artıq əsrlərdir ki, İmam Hüseyn (ə) mübarizəsi insanlıq səlnaməsi olan haqq və batil savaşının əbədiyaşar simvolu, ölümsüz insanlıq nümunəsidir. Onun kimliyini tanımaq üçün yalnız bunu söyləmək yetərlidir ki, artıq 1500 illik bir zaman keçməsinə baxmayaraq şəhadət hadisəsi bu gün də eyni hərarət, göz yaşları və coşqu ilə qeyd edilir. Şübhəsiz buna çoxsaylı səbəblər var və bunların ən başlıcası Kərbəla hadisəsinin İlahi rəngə boyanmasıdır.

Ticarət gərginliyi davam etdikcə, BVF Çinin artımını yaxından izləyəcək

Çinin rəqəmsal iqtisadiyyatının dəqiq ölçülməsi, sürətlə inkişaf edən texnologiyalarda Pekinlə rəqabət aparan digər güclər üçün prioritetdir.

Beynəlxalq Valyuta Fondu (BVF) və Çinin rəsmi Statistika Bürosu çərşənbə günü Çinin rəqəmsal iqtisadiyyatının ölçülməsini təkmilləşdirmək üçün yeni bir anlaşma memorandumu imzaladılar.

Venesuelada güclü zəlzələlər: Çoxsaylı ölən və yaralananlar var

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Yeraltı təkanlar paytaxt Karakas da daxil olmaqla ölkənin bir çox bölgəsində hiss olunub və genişmiqyaslı dağıntılara səbəb olub.

İlkin məlumatlara əsasən, ilk zəlzələ San Felipe yaxınlığında, ikinci və daha güclü təkan isə Yumare ətrafında qeydə alınıb. USGS hadisənin geniş dağıntılar və yüksək insan itkisi riski yaratdığını bildirib.

İraq: Bütün ABŞ qüvvələri geri çəkildikdən sonra dövlət tərəfindən silahlar toplanacaq

İraqın Baş naziri Əli əl-Zeydi bildirib ki, ABŞ qoşunları ölkədən tamamilə çıxarıldıqdan sonra silahlı qrupların mövcudluğu söz mövzusu olacaq.

İraqın Baş naziri Əli əl-Zeydi Bağdaddakı IMI Şəbəkəsinin baş aparıcısı Hadley Gamble ilə eksklüziv müsahibəsində ölkədəki təhlükəsizlik vəziyyəti və ABŞ ilə münasibətlərin gələcəyi ilə bağlı qiymətləndirmələr aparıb.

DÇ-2026: Braziliya və Mərakeş qrupun son oyunlarında qələbə qazanıblar

2026-cı il dünya çempionatında bu gün qrup mərhələsinin III turuna start verilib.

İlk oyun günündə C qrupunun iki görüşü baş tutub.

Mərakeş millisi Haiti ilə qarşılaşıb. Afrikalılar 2 dəfə geriyə düşdüyü qarşılaşmadan qələbə ilə ayrılmağı bacarıb: 4:2.

Bu nəticədən sonra Mərakeş 7 xalla qrupu 2-ci pillədə tamamlayıb. Haiti son pillədə qərarlaşaraq mundialı xalsız tərk edib.

AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib

İyunun 24-də Avropa Şurası Parlamentlər Assambleyasında (AŞPA) Azərbaycan haqqında növbəti qətnamə müzakirəyə çıxarılıb. 

AŞPA-nın Mədəniyyət, Elm, Təhsil və Media Komitəsinin müəllifi olduğu qətnamədə komitə Azərbaycan hakimiyyətini Avropa Şurasının Nizamnaməsi, Avropa İnsan Hüquqları Konvensiyası və digər beynəlxalq müqavilələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə riayət etməyə çağırır. 

Bu gün Aşura günüdür

Bu gün dünyanın hər bir nöqtəsində Əhli-Beyt (ə) aşiqi olan müsəlmanlar və hətta qeyri-müsəlmanlar Aşura gününü qeyd edirlər.

Hicri-qəməri təqvimi ilə 61-ci ilin Məhərrəm ayının 10-da Kərbəlada İmam Hüseyn (ə) və onun sadiq səhabələri əməvi xəlifəsi Yezid ibn Müaviyənin əmri ilə şəhid edilib. Müsəlmanlar hər il Məhərrəm və Səfər aylarında Kərbəla şəhidlərinin xatirələrini anaraq onlara əza saxlayırlar.